Azərbaycan-Vyetnam: iqtisadi-ticari münasibətlərin inkişaf potensialı

XƏBƏR XƏTTİ
Faydalı tərəfdaşlıqda daha bir mühüm addım•Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur•Yeni istiqamətlər üzrə qurulan diplomatiya•Humanitar, təhsil və mədəni əlaqələr•Azərbaycan-Vyetnam: iqtisadi-ticari münasibətlərin inkişaf potensialı•Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq•Böyük siyasi əhəmiyyətə malik müsahibə•Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxarıb? – Yenilənib•Faydalı tərəfdaşlıqda daha bir mühüm addım•Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur•Yeni istiqamətlər üzrə qurulan diplomatiya•Humanitar, təhsil və mədəni əlaqələr•Azərbaycan-Vyetnam: iqtisadi-ticari münasibətlərin inkişaf potensialı•Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq•Böyük siyasi əhəmiyyətə malik müsahibə•Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxarıb? – Yenilənib•

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.
Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və kadr hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.
Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb. 2025-ci ilin yekunlarına görə, 153,41 milyon ABŞ dolları təşkil edən ticarət dövriyyəsi mövcud potensialın yalnız başlanğıcı kimi dəyərləndirilir. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və tranzit-logistika istiqamətləri təşkil edir.
Dövlət başçısı cənab İlham Əliyev müsahibədə bu məqama da xüsusi diqqət yönəltdi ki, sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur.

Rahib Kərimov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt