Sabah bu ərazilərdə işıq OLMAYACAQ

XƏBƏR XƏTTİ
Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar: Tovuzda xəstələr şikayətçidirlər – VİDEO•Sevinc Maniyeva vəfat etdi•Biləsuvar sərhəd-keçid məntəqəsində problem: Avtomobillərin böyük növbəsi yaranıb – VİDEO•Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı – Rəsmi•Dünyaşöhrətli zərgər Bulqari vəfat edib•Məktəbli qız itlərin hücumundan son anda xilas oldu – VİDEO•Faydalı tərəfdaşlıqda daha bir mühüm addım•Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur•Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar: Tovuzda xəstələr şikayətçidirlər – VİDEO•Sevinc Maniyeva vəfat etdi•Biləsuvar sərhəd-keçid məntəqəsində problem: Avtomobillərin böyük növbəsi yaranıb – VİDEO•Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı – Rəsmi•Dünyaşöhrətli zərgər Bulqari vəfat edib•Məktəbli qız itlərin hücumundan son anda xilas oldu – VİDEO•Faydalı tərəfdaşlıqda daha bir mühüm addım•Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur•

Sumqayıt RETSİ-nə (Regional Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə 110/10 Kv-luq “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Məcra.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sumqayıtda 6, 9, 10, 12, 13-cü mikrorayonlarda, 47, 48-ci məhəllədə, Yaşıldərə yaşayış massivində, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt