Leysan yağacaq, dolu düşəcək – Sabahın havası

XƏBƏR XƏTTİ
İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•

Oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Məcra.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt