Kürdəxanıda 304 nömrəli məktəbi tikən şirkət asfalt örtüyünü yararsız hala salıb-Sakinlər şikayətçidir+FOTOLAR

Xəbər verdiyimiz kimi Bakının Sabunçunun rayonunun Kürdəxanı qəsəbəsində 304 nömrəli tam orta məktəb inşa edilib. Bu il mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəbin açılışında da iştirak ediblər.

 

Məcra.az-ın əməkdaşı sakinləri xahişi ilə adı çəkilən ünvanda olub. Kürdəxanı qəsəbə sakinləri bildiriblər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsinin küçələrinin asfaltlanmasıyla bağlı da göstəriş verib və bu həyata keçirilib. Qəsəbədə sakinlərin istirahəti üçün park da salınıb.

Lakin problem başqadır. Beləki, məktəb binası tikilən zaman yaxınlıqda yerləşən küçələrin asfalt örtüyü yük maşınlarının gediş-gəlişi səbəbindən dağılıb. Həmin vaxt vətəndaşlar buna görə öz narazılıqlarını bildiriblər. Tikintini həyata keçirən şirkətin nümayəndəsi vətəndaşlarla söhbəti zamanı söz verib ki, məktəb binası təhvil verildikdən sonra yolları yenidən təmir etdirəcəklər. Amma iş başa çatandan sonra yol təmir edilməyib.

Vətəndaşlar bildiriblər ki, məktəb binası qəsəbədə gölə yaxın yerdə tikildiyi üçün yağış yağanda tez-tez məktəbin həyətini su basır. Ölkə başçısının məktəb binasının açılışını etməsindən sonra məktəbdə yenidən təmir işlərinə başlanılıb. Sinif otaqlarının qapıları dəyişdirilib, döşəmə örtüyü yenisiylə əvəzlənib. Məktəbin qarşısına əkilən şam ağacları və qazonlar isə baxımsızlıqdan quruyub.

 

Məktəbə yaxın küçədə yaşayan doqquz ailə bildirib ki, onların qaz və işıq xəttləri qonşu küçədən çəkilib və elə

 

sayğacları da qonşu küçədə sakinlərin evlərinə vurulub. Onlar tələb ediblər ki, işıq və qaz sayğacları öz evlərinə vurulsun. Onların sözlərinə görə bunu tələb edəndə onlardan rüşvət istəyiblər.

 

Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir.

Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120 nəfərdir. Burada əhali sayının artması yeni iş yerlərinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Vasif Əlihüseyn

Fotolar müəllifindir.

kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncelextrabetistanbul escort bayanBETPARK GİRİŞjojobet girişjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomBeşiktaş escortcasibom yeniBüyükçekmece escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişcasibom girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabetcasibom güncelmatbetmarsbahisgrandpashabetmarsbahis girişjojobet güncel girişsahabetjojobetjojobet girişonwin girişcasibom 715 girişimajbetBeyoğlu escortasyabahisngsbahisbahigocasibom girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişmatadorbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişartemistbet güncel girişbetcupvbetfixbet güncel girişdumanbetsafirbetsekabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetUltrabet güncel girişcasibommeritkingankara escortjackbetcasibombetpasonwin girişonwinbets10 girişbets10casibom girişbets10casibomlunabetMeritkingbetturkey güncel girişonwin güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorumvevobahiszbahismatbet güncel girişholiganbetjojobetAlsancak Escortbetturkeymatadorbetcasibomcasibomcasibom girişgrandpashabetbettilt girişcasibom girişOnwin girişimajbet güncel girişimajbetmarsbahis girişcasibomcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerjackbetcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelerijackbetataşehir escortholiganbetKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetgrandpashabetgrandpashabet girişcasinolevantbettiltnakitbahis günceljackpot party