Bakı şəhər sakini Ələsgərova Aygün Şamil qızı “Kontakt Home” mağazalar şəbəkəsindən Azad İstehlakçılar Birliyini sədir Eyyub Hüseynova şikayət edib. Eyyub Hüseynov şikayəti ictimailəşdirməyimiz üçün redaksiyamıza da ünvanlayıb.
Müraciətdə deyilir:
Hörmətli Eyyub müəllim, çarəm hər yerdən kəsilib, sizi vətəndaşlara tam təmənnasız olaraq kömək edən bir şəxs olaraq tanıyıb, sizə müraciət etməli oldum.
Necə ola bilər ki, bir soyducu alasan onu 7 gün də olsun işlətmədən, qüsurlu olduğu üçün dükana qaytarasan, qaytarılma barədə sənə akt verilə, 2 ildən sonra satıcı tərəfindən məhkəməyə veriləsən və səndən soyducunun tam pulun tələb edələr və üstəlik guya mən soyducunu cızmışam deyib, böhtan ataraq 700 AZN tələb edələr.
”Kontakt Home”dükanının qapısından içəri ayaq basmağa peşman olmuşam. Müraciət etmədiyim yer qalmayıb!Mənə deyiblər ki, bu şəbəkənin sahibi deputat Elnur Allahverdiyevdi.
Beləki,10.01.2020 ci iltarixdə “Kontakt Home” mağazalar şəbəkəsinin, Xalqlar dostluğu metrosu yaxınlığında yerləşən Q.Qatayev pt-ti 125B filialından kredit müqaviləsi ilə dəyəri 1576 AZN olan soyducu aldım. Hər ay 87.6 azn ödəməliydim. Bir həftə sonra, yəni ayın 17-də dükanın nümayəndələri soyducunu evə gətirdilər,tapşırdılar ki, indi şəbəkəyə qoşmaq olmaz, mən də 4 gündən sonra qoşdum. Qoşan kimi soyducunun daim əlavə yüksək səs verdiyini gördüm. Səsin təzə olduğunu fikirləşərək 3 gün gözlədim, amma səs kəsmədi.
Soyducunun sıradan çıxmasından çəkinərək, şəbəkədən ayırdım və problem barədə dükana xəbər verərək, soyducunun geri götürülməsini bildirdim. 27.01. 2020-ci il tarixdə. çoxsayli telefon danışığı və tələblərimdən sonra ustalar çox gec gəld, soyuducunu qoşdular şəbəkəyə qulaq asıb söylədilər ki, təzə çıxan bu “Samsunq” soyducularının səsi belə olur. Biz bir şey edə bilmərik deyib getdilər. Soyducu yüksək səslə işləməyə davam edirdi, səsdən bezib, soyducunu şəbəkədən ayırıb, üstünü örtdüm 11.02.2020-ci il tarixdə ustalar gəldi, soyuducuya diqqətlə baxıb, hec bir irad bildirmədən öz qutusuna yerləşdirdilər, soyducunu sağ-salamat geri götürmələri barədə mənə 5427 saylı “Təhvil- Təslim” aktı verdilər. Ustalardan soruşdum ki, indi mən nə etməliyəm. cavab verdilər ki, get dükana müqaviləni akt əsasında ləğv etdir.
Səhəri gün 12.02.2020-ci il tarixdə dükana gedib satıcıya aktı göstərdim ki, müqaviləni ləğv etsin. Satıcı kompüterə baxıb onlara bu barədə məlumat gəlmədiyini bildirdi. Dedi ki, gedin evə sizə zəng gələcək. Başqa krediti ödəmək üçün hər səfər dükana gedəndə deyirdilər bəs soyducunun kreditini ödəmirsən? Mənsə deyirdim bu aktı göstərin rəhbərinizə müqaviləni ləğv etsin, onlarsa başüstə deyib bunu etmirdilər. Ağlıma da gəlməzdi ki, məndə olmayan mal üçün mənə borc yazırlar. Nəhayət 23.08.2021-ci ildə poçtdan mənə rəsmi məktub gəldi ki,”Kontakt Home” məni 700 azn cərimə edib. Dərhal dükana gedib bunun nə səbəbdən olduğunu soruşdum. Dedilər ki, sistemdə görünür ki, sizə 700 azn cərimə yazılıb, bizlik bir şey yoxdu. Dərhal getdim. “Kontakt Home”un satıcının dediyi 20 yanvarda yerləşən ofisində hüquq şöbəsinə.
Xanım məni qəbul etdi, akta baxdı və dediki, soyducunu aparandan sonra ona baxıblar cızıq aşkar ediblər! Soruşdum ki, cızıq var idisə nə üçün mənim yanımda soyducuya baxanda bunu görüb akta qeyd etməyiblər, bu məndən haqsız yerə pul qoparmaq ücün atılmış böhtandır! Tələb etdim ki, soyducunu göstərin baxım, qızın cavabı bu oldu ki, soyducu satılıb, göstərə bilmirik! Qız tələb etdiki 700 azn borcu ödəməlisən! Burada ayrı otaqda oturan bir kişi kartın şəkilin verdiki, bura ödə, kişinin kartına 100azn ödədim(cek saxlanılır), sonra bu 100azn hara getdi səs sorağı olmadı. Məndə olmayan, qaytarılmış və artıq başqa adama satılmış soyducunu pulun mən ödəməliyəm!-Milli Məclisin üzvü olan Elnur Allahverdiyev xalqa bax belə xidmət edir!
Mən başqa ölkəyə getdim 3 ay orda oldum.30.09.2021-ci il tarixdə Hüquqşünas Arif(0552616114) mənə zəng edərək məndən tələb etdiki “borcumu”ödəyim. Oktyabrn sonunda Arifin qəbuluna getdim,vəziyyəti danışdım, Arif dediki bu işlərdən xəbərim yoxdu, çalşaram bu işə aydınlıq gətirərəm.
Bu haqsızlığa dözməyib,Vitse-Prezidentimizə Mehriban Əliyevaya şikayət məktubu yazdım, cavab Mərkəzi bankın Baş direktoru Ziya Əliyevin imzasıyla gəldi və banka dəxli olmayan məzmunla “kömək edə bilmərik”-cavabı verildi! Yenidən Mehriban xanıma müraciət etdim, bu səfər İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinin rəis əvəzi Sahib Məmmədovun imzasıyla 03.12.2021-ci il tarixli məktub gəldi- baxılıb məlumat veriləcəkdir– cavabı gəldi!
Yenidən Antiinhisardan rəis Məmməd Abbasbəylinin imzasıyla 05.01. 2022-ci il tarixli məktub gəldi. Mən soyducunu 01.01.2020-ci ildə alıb, aktla 11.02.2020-ci ildə işlətmədən qaytarmışam-bu sənədlərdə təsdiq olunur! M.Abbasbəylinin “İdarəsi” heç bir araşdırma aparmadan “Kontakt Home”un cavabına böhtanına təsdiq verərək guya soyducunu 25.06.2020- ci ildə qaytardiğımı bildirmiş ,pulu ödəməli olduğumu bildirmişdir!Bütün bunlar haqsızlıq zənciridir!
Xahiş edirəm bu haqsızlıqdan mənim müdafiə edəsiniz, mənimlə bağlanmış müqaviləyə xitam verilsin, gözlənilə bilən haqsız məhkəmə iddiası ləğv olunsun, bu fakt barədə “Kontakt Home” mağalazar şəbəkəsinin birinci şəxsinə, dövlət orqanlarına mediaya məlumat verilsin ki, insanlar bəlkə bu haqsızlıqlardan müdafiə olunsunlar”.
Redaksiyadan: İddialarla bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin də mövqeyini işılqlandırmağa hazırıq.