Dönərdən zəhərlənən tələbələr elə şeylər danışdı ki… – VİDEO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.

Məcra.az xəbər verir ki, zəhərlənən tələbələr “Xəzər TV”yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar.

“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, – tələbələrdən biri bildirib.

Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.

Daha ətraflı “Xəzərxəbər”in sujetində:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt