9 ayda körpələrə verilən adlar: Uğur, Məhəmməd, Mələk

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

2024-cü ilin 9 ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

Məcra.az xəbər verir ki, Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, 2024-cü ilin geridə qalan ayları ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 9 ayda 1349 uşağa verilib.

Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Hüseyn (1072), Əli (1056), Yusif (925), Raul (827), Ömər (671), Murad (579), Məhəmməd (578), Tunar (533), Ayxan (532) və Adəm (507) tutur.

Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib – 970.

Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: Zeynəb (955), Məryəm (939), Nilay (865), Aylin (863), Melisa (848), Ayla (842), Fatimə (723), İnci (719), Mələk (669).

Son 5 il ərzində də oğlan və qız uşaqlarına ən çox Uğur və Zəhra adları verilib. Belə ki, 5 il ərzində 8601 oğlan uşağına Uğur, 8028 qız uşağına isə Zəhra adı qoyulub (modern.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt