“Həkimlər atama üç ay vaxt qoymuşdu, amma bir il yaşadı…”-Şəhid Pəncəlinin qardaşı…

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

“Atam artıq bir il idi ki, xərçəngdən əziyyət çəkirdi. Həkimlər ona üç ay vaxt qoymuşdular, amma göydə Allah, yerdə də biz onu bir il yaşatdıq. Ötən il Bakıda müayinələrdən keçəndən sonra bildirdilər ki, xərçəngdir və üç ay ömrü qalıb. Evə qayıdandan sonra onu həyatda saxlamaq üçün türkəçarədən tutmuş hər bir şeyə əl atdıq”

 

Bunu Məcra.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan xüsusi təyinatlı hərbçi Pəncəli Teymurovun qardaşı Famil Teymurov atası Nurməhəmməd kişinin səhhəti haqqında danışarkən deyib. F.Teymurov atasının son nəfəsdə vəsiyyətini də açıqlayıb:

 

“Bu üsulla biz onu bir ilə qədər yaşatdıq. Xərçəng qara ciyərində idi. Hətta 2014-cü ildə bağırsağında da xərçəng olduğu üçün əməliyyat olunmuşdu. Son bir ildə atamın qulluğunda özüm durmuşam. Müalicələrini də özüm edirdim. Son iki gündə isə ağrıları çoxaldı və gecə saatlarında dünyasını dəyişdi. Həmin gün günorta halı dəyişəndə atama hər şeyi danışdım. Dedim ki, həkimlər sənə üç ay vaxt qoymuşdu, amma sən arıq bir ildir ki, yaşayırsan. Ona görə sənə heç nə olmayacaq. Onda bir az ağladıq və atam vəsiyyətini də elədi. Dedi ki, “adımız ağırdıq və bu adı qoruyarsınız, ləkə gətirməzsiniz. Qardaşlıqda möhkəm olun”. Elə atamı da qardaşım Pəncəlinin yanında dəfn etdik”.

 

Vasif Əlihüseyn

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt