Həkim olmaq üçün 56 il qadın olduğunu gizlətməli olan Marqaret Enn Bulklinin hekayəsi eşidənləri heyrətə gətirib. Tarixin ən məşhur həkimlərindən biri kimi tanınan Bulklinin peşəsi naminə 56 il saxladığı sirr paltarı ilə birlikdə dəfn olunmaq vəsiyyəti yerinə yetirilmədiyi üçün ortaya çıxıb.
Məcra.az xəbər verir ki, tibb tarixində çoxlu müxtəlif maraqlı hadisələr baş verib. Lakin bu hekayələr arasında ən təsirlisi həkim olmaq üçün 56 il qadın olduğunu gizlətməli olan Marqaret Enn Bulklinin hekayəsidir. Aybüke Şengirin 1856-cı ildə ilk qadın həkimi olaraq tarixə düşüb. Elizabet Qarretdən düz yarım əsr əvvəl isə Marqaret Enn Bulklinin yaşayıb. Adını heç vaxt eşitmədiyimiz bu qadın dövrün ən uğurlu həkimlərindən biri olub və tibb dünyasına mühüm töhfələr verib. 19-cu əsrin əvvəllərində Bulklinin bir qadın kimi həkim sənəti ilə məşğul olması mümkün deyildi. Ona görə də o, cəmiyyətin bu ədalətsiz yanaşmasını aradan qaldırmaq üçün adını dəyişib, kişi paltarı geyinib. Üstəlik, ingilis ordusuna qarşı öz işini şirinevler escort görürdü.
Marqaretin cinsiyyəti yalnız öləndə məlum olub. Hərbçilər həkimə bu sirri açmağa qadağa qoyublar və 100 il Marqaret Enn Bulklinin hekayəsi gizli saxlanılıb. 1789-cu ildə anadan olan Marqaret Enn Bulklin 14 yaşındaykən maddi sıxıntılar və atasının borclarının olması onun həbs olunmasına səbəb olur və Marqaret və anası Londonda əmisinin evinə sığınırlar. Ailəsi elitanın dəstəyi ilə ziyalı Marqaretin müəllim ola biləcəyini düşünür və bu istiqamətdə ona dəstək olurlar. Bu elit dairədə Marqaret inqilabçı Venesuela generalı Fransisko Miranda ilə tanış olur. Bu görüş Marqaretin həyatında dönüş nöqtəsi olur. Birlikdə qurduqları plana görə, Marqaret tibb təhsili almaq üçün cinsiyyətini gizlədəcək, məzun olduqdan sonra isə Venesuelada həkimlik edəcəkdi. Çünki o zaman qadınların tibb təhsili almasına, həkim işləməsinə icazə verilmirdi.
Marqaret 1806-cı ildə vəfat edən əmisinin adını və mirasını alaraq Edinburq Universitetinə daxil olur. Lakin o, məzun olduqdan sonra Miranda ilə qurduqları planı həyata keçirə bilmirlər. Miranda siyasi hadisələrə görə ispanlar tərəfindən həbs edilir. Marqaret qadın kimliyini gizlədərək doktor Barri olaraq işinə davam edir. Barri bu vəziyyətdə olduqca diqqətəlayiq idi. O, vegetarian idi, südünü içdiyi bir keçisi və Psyche adlı kiçik bir iti var idi. Etibarlı köməkçisi Danzeri getdiyi yerə aparırdı. (Danzer 50 il Barri ilə qaldı.) Danzer hər səhər Barriyə 6 kiçik dəsmal verirdi. Barri əyri xətlərini ört-basdır etmək üçün bu dəsmalları bədəninə sarır və çiyinlərinin daha geniş görünməsi üçün onları vatka kimi çiyinlərinə qoyardı. Dövrün ən yaxşı və ərköyün həkimi idi. Vasvası və tələbkar xasiyyətinə görə daim problemlər yaşayırdı.
O, 1857-ci ildə Kanadada xidmət edərkən xəstələnir. Barri Londona qayıtmalı olur. O, 76 yaşında dünyasını dəyişir. Doktor Barrinin son arzusu tez bir zamanda paltarıyla basdırılmaq olur. Lakin onun son arzusu yerinə yetirilmir və ölümündən sonra həkimin əslində qadın olduğu və hətta bədənində doğum əlamətlərinin olduğu üzə çıxıb. Hərbi qurumlar Barrinin cinsiyyətindən xəbərsiz yarım əsrə yaxın bir qadını vəzifəyə təyin etdiklərini anlayanda utanırlar və 100 il ərzində bu mövzuda sənədlərin yayımlanmasını qadağan edirlər. Marqaret Enn Bulkley təkcə tanınmış ilk qadın həkim deyil, həm də 56 il ərzində Britaniya hərbçilərini aldatmağı bacaran yeganə şəxsdir.
Vasif Əlihüseyn