Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq

XƏBƏR XƏTTİ
Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir.

Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir inam və ehtiramın göstəricisidir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir.

Prezident İlham Əliyev aprelin 23-də keçirilmiş beynəlxalq tədbirdə haqlı olaraq vurğulayıb ki, “Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına və sabitliyinə cavabdehəm. Bunun üçün nə lazımdırsa, prinsiplər əsasında edirəm və biz heç vaxt düzgün, doğru və qanuni hesab etmədiyimizi etmirik. Beynəlxalq hüquq baxımından mükəmməl hesab etmədiyimiz bir şey etmirik. Çünki başqalarının pozmamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa, bu, susuz səhraya aparan yolun, sadəcə, başlanğıcıdır və digər qonşularla da eynidir. Artıq İsraillə yaxşı münasibətlərimizdən bəhs olundu. Bəli, elədir. Biz bir-birimizi dost hesab edirik. Bu, bizim İran və ya Fələstinlə münasibətlərimizə təsir edən amil olmamalıdır. Mövqeyim tamamilə birmənalıdır. Yenə də beynəlxalq hüquqa əsaslanaraq, biz Fələstin xalqının öz dövlətinə sahib olmaq istəklərini tam dəstəkləyirik. Biz müxtəlif qurumlarda, o cümlədən İslam Əməkdaşlıq təşkilatlarında təşəbbüslərlə çıxış etmişik və ya bir çox hallarda müxtəlif tədbirlərdə iştirak etmişik. Biri digərini istisna etməməlidir. Ədalətli olmalısan, addımlarını, bəyanatlarını beynəlxalq hüquq əsasında qurmalısan. Hər şeyi milli maraqlara uyğun etməli, milli maraqlara zidd heç nə etməməlisiniz. Bölgədə xarici tərəflərin ölkənin şahmat taxtasındakı fiqurları hərəkət etdirməsi və bunun hansı nəticələrə gətirib çıxardığı hallar olub – faciə ilə nəticələnib. Xarici güclərin öz milli maraqları var və onlar mütləq sizin maraqlarınızla üst-üstə düşmür. Əgər üst-üstə düşsə yaxşıdır. Yoxsa biz imtina edirik, biz heç vaxt Azərbaycana potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmamışıq və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərimizdə həmişə ədalətli olmuşuq. Uğur qazanmağımızın səbəbi də budur.

Qeyd edək ki, bu hadisənin önəmi, ondan ibarətdir ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur. Bunun mənası isə fövqəladə dərəcədə böyükdür.

İslam İsgəndərov,

Cəlilabad şəhər kommunal

müəssisələri kombinatın direktoru

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt