Şəhid Pəncəli Teymurovun atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi-FOTO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçi Pəncəli Teymurovun ailəsinə ağır itki üz verib.

 Məcra.az xəbər verir ki, şəhidimizin atası Nurməhəmməd Teymurov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, şəhidimizin atası qaraciyər xəstəliyindən əziyyət çəkdiyi üçün ötən il Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.

Xatırladaq ki, şəhid Pəncəli Teymurov 2016-cı il aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib.

 

Səbinə Qürbətli

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt