Sabirabad rayon Sarxanbəyli kəndində 35/10 kv-luq “Sərxanbəyli” yarımstansiyasından qidalanan, 10 kv-luq “Sarxanbəyli hava Elektrik veriliş xəttinin podratçı təşkilat tərəfindən yenidən qurama işlərin icrasına başlanmışdır.
Belə ki, tərtib olunmuş layihəyə əsasən vətəndaşlara aid torpaq sahələrindən keçən hava elektrik veriliş xəttinin yol kənarı ilə çəkilməsi nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar adını və hüquqi unvanını bilmədikləri podratçı təşkilatın nümayəndəsi, “Azərişıq”ASC-nin tender oyununun qalibi olan Babək adlı şəxsin özbasınalığı üzündən xəttin vətəndaşa məxsus həyətyanı sahədən çıxarılmadığını bildirirlər.
Buna etiraz etmələrinə baxmayaraq Babək işçilərinə onunla əlaqə saxlaya biləcəkləri mobil nömrəni vətəndaşa verməməyi tapşırıb. Ümumiyyətlə, vətəndaşlar Babəki iş başında görmədiylərini bildirir. Babək birbasa olaraq sifarişçi “Azərışıq”ASC-ilə əlbir çalışır, işləri layihədə göstərilən formada olmamaqla kifayət qədər dayaq və digər mal-material mənimsəyib satırlar. Kənd ərazisində dayaqları basdıracaqları quyuları dayaz qazırlar. Beton qarışığını isə nəzərdə tutulandan dəfələrlə az tökürlər. Buna görə də sement və qum çınqıl materialindan da kifayət qədər yeyinti edirlər.
Cavabdeh orqanlar araşdırma aparmalı dövlətin millət üçün gördüyü işlərə ayrılan pulları oyun qurub mənimsəyənlər cəzasını çəkməlidir. Kənd ərazisindəki dayaqlara baxış keçirilməli, dibinə tökülən betona baxılmalıdır. Ən Əsası keyfiyətsiz və yararsız köhnə xətt vətəndaşa aid həyətyanı sahədən çıxarılmalıdır. Vətəndaşlar bildirir ki, işlər yekunlaşandan sonra sifarişçi “Azərişıq” ASC işlərinin təhvil-təslim edilməsi zamanı edilən qanunsuzluqlara bilə-bilə göz yumacaq. Ona görə ki “Azərişıq” tender oyunu ilə dövləti aldadır. Ayrılan pulları bu cur mənimsəyirlər.
Elşad Soltanoğlu, Sabirabad sakini.