Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən öz çıxışında vəzifəyə yeni təyin olunan icra hakimiyyəti başçılarına böyük etimad göstərildiyini və onların bu etimadı doğrul¬dacaqlarına əminliyini diqqətə çatdırıb. Azərbaycan Preziden¬ti vaxtaşırı çıxışlarında icra hakimiyyəti başçıları ilə bərabər, həm də bütün məmurların qanun qarşısında məsuliyyət daşıdıqlarını, əks təqdirdə isə vəzifə tutan hər bir şəxsin cəzalandırılacağını bildirib. Dövlətimizin başçısı bu dəfəki nitqində də bu məsələyə bir daha toxu¬naraq, kadr islahatlarının işlərin uğurla getməsini şərtləndirdiyini qeyd edib, kadrların seçilməsində, ilk növbədə, on¬ların iş qabiliyyətinin, dövlətçiliyə, dövlətə sədaqətli, vətənpərvər olmalarının nəzərə alındığını vurğulayıb.
Prezident İlham Əliyev bundan əvvəl də yeni təyin edilən icra hakimiyyəti başçılarının peşəkar olma¬larının mühüm önəm daşımasını xa¬tırlatmaqla bərabər, onlara işlədikləri rayonlarda, şəhərlərdə nüfuz qazan¬malarının, vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərinin əsas tutmalarının, habelə investorları cəlb etməyin, rayonların sosi¬al-iqtisadi inkişafınını gerçəkləşdirməyin zəruriliyini xatırladıb.
Eyni zamanda, onların yerlərdə xoşagəlməz hallara, korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparmalarının vacibliyini diqqətə çatdırıb. Ölkə rəhbəri adları çəkilən rayonlara icra hakimiyyəti başçıları vəzifələrinə təyin olunan şəxslərin qəbulu zamanı bir daha xatırladıb: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.
Varid Əsgərov, Cəlilabad RİH baş məsləhətçisi