Ailəyə məhəbbət xüsusilə lazımdır. Gərək gənclərimiz ailəsinin qədrini bilsin.”
“Boş vaxtlarını nəvələri ilə keçirməyi xoşlayır. Ailəsinə çox bağlı insandır. Mənə, uşaqlarına, gəlinlərinə şeirlər ithaf edib. Xatirə dəftəri bir şairin kitabına bənzəyir”, – deyən Tutu nənə də söhbətə qoşulur. Onun simasında əsl qadın xoşbəxtliyini sezmək heç də çətin deyil: “75 ildir ailəmlə, balalarımla mehriban ömür sürürük. Bundan böyük xoşbəxtlik nə ola bilər? Bizim kimi hər kəsə uzun ömür və xoşbəxtlik arzulayıram!”
Onlar xoşbəxtlikləri ilə əsl Azərbaycan ailə modelini layiqli şəkildə nümayiş etdirirlər. 7 övlad böyüdən ailənin 15 nəvəsi və 13 nəticəsi vardır. Mən də çox xoşbəxt və eyni zamanda qürurluyam ki, belə nümunəvi ailənin bir üzvüyəm. Onlarla fəxr edirəm. Ona görə yox ki, onlar uzun ömür yaşayırlar. Ona görə ki, onlar bu uzun ömrə məna qataraq yaşayıb, əsl ailənin nə olduğunu bizə aşılayıblar. Budur onları bizim üçün nümunə edən!