“Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var və bu tədbir, sözün əsl mənasında çox mühüm tarixi hadisəyə çevrildi. Ona görə ki, Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”- bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
Bu, o deməkdir ki, bu şəhər də, onun stadionu da xalqımıza məxsusdur, bu məkanda özgələrə yer yoxdur. İdman qarşılaşması isə böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları şərəf dolu günlərlərlə bundan sonra əbədi fəxr edəcəklər. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq! Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Bu hadisə bir daha göstərdi ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Azərbaycan gəncləri, idmançılarımız ölkənin gündən-günə ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bir cəhət də cəlbedicidir ki, görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Diqqət edin, dörd il bundan əvvəl Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Əlövsət Muradov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı