İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçı təşkil olunub. Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında Xankəndi şəhərində keçirilən oyun ilə bağlı təəssüratım tükənməzdir.
Hər bir azərbaycanlı kimi bunun sevindirici hal olduğunu deyə bilərəm. Bu gün 30 il əsarətdə qalan torpaqlarda “Qarabağ” komandasının oyununun keçirilməsi gözəl tədbirdir. Düşünürəm ki, gələcəkdə digər idman yarışları da bu yerlərdə keçiriləcək. Cənab Ali Baş Komandan izdiham qarşısındakı çıxışında dedi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbayca bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.
Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır.
Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Hazırda quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq işləri aparılır. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi hakimiyyətə rəhbərlik etdiyi illər hər birimizin düşüncəsinə qələbələr dövrü kimi daxil olmuşdur. Şübhəsizdir ki, bu qələbələrin ən mühümü erməni qəsbkarları üzərindəki tarixi Qələbəmiz oldu. Prezident idmançılarla görüşdə qeyd edib ki, bütün ötən illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənin torpaqlarımızdan qovulması. Azərbaycanda yetişən gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur.
Abbas Zülfüqarov,
Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru
n Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri