Bizim ölkənin vətəndaşlarının öz müstəqil ölkələri üçün fəxr etməyə hər cür əsası vardır. Xüsusilə son illər həyatımıza parlaq qələbələr illəri kimi daxil olmuşdur. Uğurlu qələbələrlə zəngin olmuş son illər ölkəmizə misli görünməmiş yeniliklər bəxş etdi, yaddaşımızda dərin izlər buraxdı.
Milli Konstitusiyamızda demokratik və hüquqi dövlət quruculuğunun əsasları göstərilmiş, hər bir vətəndaşın hüquq və azadlıqları, seçib-seçilmək hüququ, ölkənin siyasi və iqtisadi həyatıında fəal rolu təsbit olunmuşdur. Bizim milli Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı praktikasına, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, dünyəvi dövlət quruculuğu üçün baza rolunu oynamışdır.
Konstitusiya müddəalarının həyta keçirilməsinin əsas qarantı kimi, hörmətli Prezidentimiz cənab İlham Əliyev rəhbərliyə gəlməsinin ilk günlərindən respublikamızın həyatında sağlam mühit, saf münasibətlər rişə salıb, hərtərəfli dinamik inkişaf, dövlət quruculuğu uğurla davam etdirilir, dövlətçilik ənənələri mütəmadi olaraq zənginləşdirilir və qorunur. Məhz onun çoxcəhətli ictimai-siyasi və diplomatik fəaliyyəti nəticəsində artıq Azərbaycan bütün planetdə tanınmışdır. 44 günluk Vətən müharibəsindəki Qələbəmiz sayəsində Vətənimiz yenə də bütün dünyaya səs saldı, beynəlxalq aləmdə öz imicini daha da möhkəmləndirdi. Prezident öz fəaliyyətində respublikamızın bütün regionlarının inkişaf etdirilməsində, bütün insanların azadlıqlarının mühafizəsində, onların həyat səviyyəsinin yüksəldilməsində özünün qarant rolunu uğurla həyata keçirir.
Konstitusiyanın möhtəşəm müddəalarında dövrün ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun ideoloji aspektləri parlaq əksini tapmışdır. Onun qəbul edilməsindən sonrakı dövrdə dövlət quruculuğunun digər mühüm sahələri ilə bərabər milli-siyasi ideologiyamız formalaşdı ki, bu da Azərbaycan vətəndaşlarının vahid amal ətrafında birləşməsini xeyli sürətləndirdi.
Bunlara olduqca sevinirik və inanırıq ki, gələcək illərdə uğurlarımız daha çox olacaqdır, vətəndaşlarımız öz həyatlarını daha firavan etməkdən ötrü yeni əmək göstəriciləri ilə xarüqələr yaradacaqlar.
Bu gün müstəqil ölkəmizin vətəndaşları böyük və tükənməz arzularla, yüksək bəşəri ideallarla yaşayırlar. Milli Konstitusiyamız bu idealların qarantıdır, güclü qanunlar dövlət müstəqilliyimizin, dövlətçiliyimizin əsas dayaqlarıdır və hamının bununla fəxr etməyə haqqı vardır.
Vüsal Kazımov, “Azərpoçt” MMC
Cəlilabad Regional Poçt filialının rəisi