Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Günay Əfəndiyeva Özbəkistanın Mədəniyyət naziri ilə görüşüb-FOTO

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Özbəkistan Respublikasının Mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Ozodbek Nazarbekovu təbrik edib. Günay Əfəndiyeva təşkilat tərəfindən Özbəkistanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması yönündə həyata keçirilmiş layihə və tədbirlərdən söz açıb. O, Fondun Özbəkistanla bağlı gələcək layihələrindən bəhs edərək, ölkə ilə daha aktiv qarşılıqlı fəaliyyətlərin vacibliyini diqqətə çatdırıb.

Özbəkistan Respublikasının Mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsindən məmnunluğunu ifadə edərək, tədbiri ölkələrarası dostluq münasibətlərinin möhkəmlənməsinə önəmli töhfə kimi qiymətləndirib. Fond tərəfindən özbək xalqının milli-mənəvi dəyərlərinin təbliği istiqamətində aparılan işləri yüksək dəyərləndirib. Nazir təşkilat ilə ölkə arasında işbirliyi əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Fondun Özbəkistanla bağlı yeni layihələrinin birgə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilməsinə dəstəyini ifadə edib.

Görüş tərəfdaşlığın gələcək perspektivlərinə dair müzakirələrlə davam edib.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələrini təqdim ediblər. Özbəkistan Respublikasının Mədəniyyət naziri Ozodbek Nazarbekov ölkənin milli geyim nümunələri və qədim musiqi alətini Fondun muzeyinə bağışlayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt