Prezident İlham Əliyevin cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı bir daha nümayiş etdirdi ki, ölkəmiz dövlət başçısının timsalında fəal və praqmatik diplomatik münasibətlər siyasəti yeridir.
Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Heç də təsadüfi deyil ki, Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu beynəlxalq səviyyədə təqdir edilir. Bu gün Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan, eyni zamanda, etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir. Bizə bir daha aydın olur ki, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş amili ciddi məsələdir. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri hər zaman layiqincə yerinə yetirib.
Göstərilmişdir ki, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlara yol açdığını təsdiqlədi. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.
Prezident vurğulayıb ki, təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.
Könül Əliyeva,
Cəlilabad RMX PHŞ
Ailə Sağlamlıq Mərkəzinin Ailə həkim pediatrı