Əməkdaşımız sakinlərin dəvəti ilə Cəlilabadın Maşlıq kəndində qonaq olub. Kənd sakinlərinin əməkdaşımızı kənddə dəvət etməkdə məqsədi illərdir qəzalı vəziyyətdə olan məktəb binasının qəzalı vəziyyətdə olmasını ictimailəşdirmək istəyidir.
Məcra.az Adalet.az-a istinadən xəbər verir ki, Maşlıq kəndinin 5600 nəfər əhalisi, 760 şagirdi, 100 nəfərə yaxın müəllimi və texniki işçisi, 4 şəhidi, 15 Vətən müharibəsi iştirakçısı və 4 qazisi var. Maşlıq kəndinin əhalisi zəhmətkeş camaatdı, onlar əsasən heyvandarlıq və kartof əkini ilə məşğul olurlar.
Maşlıq kənd orta məktəbi birinci Qarabağ müharibəsində şəhid olan kənd sakini Nizami Alışanovun adını dayışır. Kənddə məktəb tikilməsi üçün torpaq sahəsi ayrılsa da, iki il öncə həmin torpaq sahəsi elə kənd sakinlərindən birinə satılıb. Sakinlər şikayət etsə də, heç kim onların şikayətinə baxmayıb.
Hazırda qəzalı məktəb binasında 215, kəndin uşaq bağçasının binasında 480 və kənddə bir vaxt kafe kimi fəaliyyət göstərən binada isə 55 nəfər şagird təhsil alır. Kəndin 30 nəfər şagirdi isə qonşu Muğan kənd tam orta məktəbinə gedir.
Kənd sakinləri xahiş edib ki, məsələni ictimailəşdirək və Elm və Təhsil Nazirliyi yaxın vaxtlarda onlara yeni məktəb binası tiksin.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.