Şagirdlərinə çılpaq şəkillərini göndərən müəllim HƏBS EDİLDİ

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

ABŞ-da Oklahoma ştatından olan keçmiş texnologiya müəllimi elektron vasitələrdən istifadə etməklə yetkinlik yaşına çatmayanları cinsi qısnama və şirnikləndirməkdə ittiham olunur.

Lent.az xarici mediaya istinadla bildirir ki, 43 yaşlı Serena Kator martın 16-da həbs edilib. Müstəntiqlərin fikrincə, qanunsuz hadisələr 2022-ci ilin sentyabrında baş verib. Cinayət işinin başlanması üçün müəllimin işlədiyi Makleod məktəbində aparılmış daxili araşdırmanın nəticələri əsas olub.

Məlum olub ki, Kator özünün çılpaq fotolarını məktəbin 14-18 yaş arası üç şagirdinə göndərib və onlardan da eynisini tələb edib.

Kator cinayəti etiraf edib. O, həmçinin messencerlərdə və sosial şəbəkələrdə yeniyetmələrlə sekslə bağlı söhbətlər edib. Qadın məktəb rəhbərliyinə danışdığı on oğlanın adları olan siyahını təqdim edib. Qeyd olunur ki, siyahıdan iki şagird müəllimin qızı ilə görüşüb.

Kator həmçinin bəzi xəyallar qurduğunu və yeniyetmələrlə cinsi əlaqənin reallıqda olub-olmamasından əmin olmadığını bildirib. O, “çox içdiyini” və “köməyə ehtiyacı olduğunu” bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt