Mədəniyyət Nazirliyinin şöbə müdiri işdən ayrıldığını TƏSDİQLƏDİ – 30 işçi gedib?

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və Teatr sektorunun müdiri Könül Cəfərova da işdən azad ediliblər.

Lent.az-a danışan Könül Cəfərova müqavilə müddəti uzadılmadığına görə, bu gün işdən azad olunmasına dair ərizə yazdığını bildirib.

Bir neçə gün öncə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunmuşdu.

Əldə etdiyimiz məlumata görə, Mədəniyyət Nazirliyinin 30-a yaxın əməkdaşının işinə xitam verilib. Bu isə nazirlikdə köklü dəyişikliklərin getməsindən xəbər verir.

Bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı  mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bildirib ki, nazirlikdə çalışan 41 min əməkdaşın yalnız 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb və işçilərin çoxunun işlədiyi işdən xəbəri belə yoxdur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt