Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib.
Məcra.az xəbər verir ki, Cəlilabad rayon Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Elxan Əmənov bıçaqla keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aysel Abbasovanı bıçaqla qətlə yetirib. Cəlilabad rayon prokurorluğundan bildirilib ki, hadisə fevralın 6-sı saat 06 radələrində baş verib.
İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Hadisəylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də açıqlama yayıb.
Bildirilib ki, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Fakt üzrə araşdırma aparılır.
Kənd sakinləri redaksiyamıza bildirib ki, E.Əmənov bir müddət öncə həyat yoldaşı A.Abbasovanı döyərək xəstəxanalıq edib. Həmin vaxt qadının atası mətbuat vasitəsi ilə aidiyyatı qurumlara şikayət edib.