Rusiya Ukraynaya raket zərbələri endirib, 4 nəfər ölüb, 8 nəfər yaralanıb – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar.

Məlumata görə, həmçinin Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.

Bildirilib ki, Rusiya hərbçilərinin Zaporojye vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bundan əlavə, Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır.

Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.

Ukraynanın Baş naziri Denis Şmıqal isə Rusiyanın budəfəki zərbələrinin hədəfinin ölkənin qaz hasilatı müəssisələri, xüsusilə Dneprdəki “Yujmaş” zavodu olduğunu açıqlayıb.

11:54

Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, ölənlər var.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib.

Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb. Onlardan ikisi ölüb”.

11:10

Noyabrın 17-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa, Dnepr, Xarkov vilayətlərinə raket zərbələri endirib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, vilayətlərdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Hadisənin təfərrütları hələlik məlum deyil.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt