Üç gün sonra toyları olacaqdı, siqaret faciəyə səbəb oldu

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Şəmkirdə iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində yaşayış evində qeydə alınıb. Yanğın zamanı rayon sakinləri – 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Elmar İsmayılovun yataq otağında çəkdiyi siqaret yatağa düşüb və yanğın buradan başlayıb.

Qeyd edək ki, Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. 3 gün sonra onların toyu olacaqmış. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlama verib: “Hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının söndürülməsi üçün dərhal tədbirlər görüb. 2 nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt