Çərşənbə axşamı, Aprel 14, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Köşə

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

30 Dekabr, 25 / 23:19
A A
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

29 dekabr 2025-ci il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ziyalılarla görüşdə iştirakdan məmnun olduğumu bildirirəm, cənab Rafiq Cəlilovun nitqini dərin maraqla dinlədim. Belə tədbirləri təqdir edirəm.

Rayonumuz 60 ildən çoxdur ki, Azərbaycanın bütün dövrlərdə ən böyük ziyalısı olan Cəlil Məmmədquluzadənin adını daşıyır. Mirzə Cəlilin xalqımıza bəxş etdiyi varidatla dərindən və ətraflı tanış olanda bu insanın dahiliyinə vurulursan. Hesab edirəm, o yerdə ki, Mirzə Cəlilin heykəli ucalır, məhz ora ziya məkanı, ziyalılar ocağı olmalıdır.

Ziyalı, sözün ən yaxşı mənasında başqalarına hörmət edən və öz işinə vicdanla yanaşan adamdır., tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı ona düzgün yol göstərib çətinlikdən xilas olmasında böyük rol oynayır. Uzun illər əvvəl Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmməquluzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və digər bu qəbildən olan mütəfəkkirlərimizin əsas amalı insanları qəflət yuxusundan oyatmaq, onları işıqlı yola – maarifçiliyə çağırmaq olub.

Ziyalı kimdir?

Zaman-zaman kütləvi informasiya vasitələrində, telekanallarda bu sual ətrafında mübahisələr aparılır, ən müxtəlif şərhlər verilir. Bütün hallarda ilk olaraq Vətən, insan, millət, dövlət və milli dövlətçilik kimi ali dəyərlər və onlara münasibət yada düşür. Çoxları düşünürlər ki, ziyalı insan – çox mütaliə edən, yaxşı təhsil alan, çox səyahət edən və bir neçə dil bilən şəxsdir. Ancaq, daxilən bütün bunlara sahib olmadan da ziyalı olmaq mümkündür. Ziyalılıq sadəcə biliklərdə deyil, eyni zamanda, başqalarına qarşı anlayışlı davranmaq bacarığıdır.

Ziyalının funksiyası yalnız ondan ibarət deyil ki, siyasi fəaliyyəti olsun. Yəni bu gün ziyalı siyasi proseslərdə iştirak etmirsə, o ziyalı deyil fikri, yanlışdır. Bir müəllim gözəl mütəxəssislər yetişdirəndə böyük ziyalıdır, yəni öz xalqı üçün gözəl övlad yetişdirir, ölkə üçün faydalı iş görür. Ölkədə savadlı kadrların yetişməsində rolu olan, bir çox problemlərin həll olumasında köməkliyi olan adamların hamısı ziyalıdır.

Həm də hökm deyil ki, ziyalı adam həmişə əqli əmək adamı olsun. Ziyalılıq əxlaqi tərbiyə, nəzakət və hər zaman insan olaraq qalmaq bacarığı tələb edir. Ziyalı, sözün ən yaxşı mənasında başqalarına hörmət edən və öz işinə vicdanla yanaşan adamdır. yanan ürəyə malik olmalıdır, təkcə öz rifahı naminə deyil, Vətənini və millətini düşünməlidir, ürəyi döyünməlidir. Ziyalı onu əhatə edən ətraf aləmdə, həyatda və zəmanəmizdə baş verənlərin, bütün hadisə, proses və problemlərin üzərinə işıq (ziya) salan, onlara aydınlıq gətirən, insanlara dürüst yol göstərəndir. O, fəaliyyətində vətənpərvərlik ideyasını daim üstün tutmalı, milli mənlik şüurunun inkişafına önəm verməlidir. Xalqın yanında olan, onun ağrıları ilə ağrıyan, öz şəxsi problemləri, ailəsi, tayfası naminə deyil, ali milli dəyərlər naminə cihada qalxan, ümumi inkişaf məramnaməsini hər şeydən üstün tutan fədailər, nəcib, gözütox, elmli, mədəniyyətli, əxlaqlı insanlar əsil ziyalılardır.

Ziyalı həm də mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyət olmalıdır. O, ölkənin, millətin dərdini dərindən başa düşməlidir, milli şüuru oyatmağı bacarmalıdır. Bu nöqteyi-nəzərdən ziyalının əxlaqı, intellektual səviyyəsi, hadisələrə fəal münasibət bəsləməsi, zənnimcə, ziyalının keyfiyyətləri içərisində ən başlıca olanıdır.

Bu gün ali təhsil alıb, müəyyən vəzifədə çalışanlar, özünü ziyalı kimi təqdim edənlər, hətta müəyyən titul və medalları olanlar da ziyalı hesab olunur. Lakin ziyalı o şəxs deyil ki, klassik ədəbiyyatı əzbərdən bilsin, klassik rəssamlıqdan anlayışı olsun, klassik musiqi dinləsin, teatr və kinoya getsin. Ziyalılıq qəlbi geniş və qəlbən varlı olmaq, ətraf dünyaya biganə qalmamaq, yeni bilikləri mənimsəmək, mədəni dəyərləri qavramaq və qorumaq bacarığıdır, mənəvi anlayışı yüksək olan zəkalılıqdır. Bu, yalnız təhsillə, vəzifə ilə, mövqe ilə bağlı məsələ deyil. Kim qalstuk taxırsa, yaraşıqlı kostyum geyinirsə, ziyalıdırmı? Yox, ziyalı bilavasitə cəmiyyətin tərəqqisinə töhfəsi olan şəxsiyyətlərə deyilir.
Ziyalı təkcə diplomuna görə o adı qazanmır. Məsələn, kənd yerində elə insanlar var ki, diplomu yoxdur, amma öz kəndində müəyyən toplum üçün ziyalılıq funksiyasını yerinə yetirir, o kəndin əhalisinə nur yayır. Çoban öz düşüncəsi çərçivəsində qoyun sürüsü saxlayıb bazarda əti ucuzlaşdırmaq barəsində düşünürsə, o da ziyalıdır. Çünki, o, özünəməxsus fikir yürüdür, öz düşüncəsini sərgiləyir

Bu gün bəzi “ziyalı” sayılan, ən yüksək diplomlara malik elə şəxslərə rast gəlinir ki, ölkənin və xalqın mənafeyi onun maraq dairəsindən kənardadır, milli mövqeyi qaranlıqdır. Hələ sosial şəbəkələrin fenomeninə çevrilib insanlara yanlış məlumat verənlər, başı çıxmadığı mövzu haqqında ağlına gələni yazıb, özü haqqında etibarlı mənbə təsəvvürlərini formalaşdıranları da bura əlavə etsək, vəziyyətin nə qədər mürəkkəb olduğu göz önünə sərilir. Məsələ burasındadır ki, sosial şəbəkə istifadəçiləri rəylərdə “siz nəhəngsiniz”, “siz, əsl ziyalısınız”, “siz Nobelə layiqsiniz” kimi illüziya xarakterli mədhlər yazmaları ayrı bir sosial zərərli vərdişdir. Belə ifadələr ziyalının özünü cılızlaşdırır, hörmətdən salır, onu çayxanalarda lağ obyektinə çevirir. Vay o günə ki, ziyalı deyilən şəxsin bu cür məqamda milli mövqeyi bilinməsin, ən başlıcası isə öz maraqlarına uyğun gəlməyən hər şeyi qara görsün.

Ziyalılar işıq yayan, aydınlıq gətirən, qəlblərdə müəyyən emosiyalar yaratmağı bacaran insanlar olmalıdır. Burada Vətən, millət, onun dünəni və bu günü ilə bağlı məsələləri, milli qürur hissinin formalaşdırmasını tərbiyə etməyi bacaran insanlar nəzərdə tutulmalıdır.

Ziyalı hər zaman özünün yüksək davranış mədəniyyəti, zəngin daxili aləmi və nümunəvi əxlaqı ilə seçilir. Bu, tarixən belə olmuşdur, indi də belədir və belə də olmalıdır. Bir həqiqəti unutmamalıyıq ki, cəmiyyət həyatında ziyalının rolu yüksəldikcə onun sözünün ictimai məsuliyyəti də artır. Şübhəsiz, bu, son nəticədə ziyalının vətəndaş mövqeyinin ifadəsinə çevrilir və hər bir ziyalı öz fəaliyyətində irəli sürdüyü mövqeyə görə məsuliyyət daşıyır.

Qərəz, bizə ziyalı lazımdır. Şəxsi, fərdi, subyektiv firavanlıq arzularını boğub ictimai mövqeyi, milli təəssübkeşliyi, işıqlı düşüncələri ilə xalqının yanında olan ziyalı!

***
Məlumdur ki, davranışdakı nəzakətlilik və ədəb, danışıqdakı azadlıq və sərbəstlik adamlarla münasibətdəki təvazökarlıq və sadəlik insanın bəzəyidir. Adamlara qarşı münasibətdə mərifətli və həssas, diqqətli və ehtiyatlı olmaq çox vacibdir, çünki bizim əhval-ruhiyyəmiz bunlardan çox asılıdır.

Davranışının nöqsansız olmasını, ruhi və fiziki cəhətdən təmizliyini dərk etmək də ziyalıya xasdır. İnsanın insana münasibəti onu evdə, işdə, küçədə şahidi və ya iştirakçısı olduğu hadisələrə münasibətdir. İctimai həyatın hər cür təzahürü kimi, davranış da siyasi, hüquqi, etik baxımdan təhlil edilə bilər. Və insan vəhşilik zamanından mədəniyyət dövrünə qədər bütün ömrü boyu öz davranış qaydasını inadla axtarmış və dürüstləşdirmişdir. Onun sivil davranışı ilk nəzərdə sadə görünür, lakin yaş və rütbəyə mənsub adamlarla rəftarda kamala çatır. Bizim məişətimizin bir mühüm cəhəti də var ki, bu da gündəlik əxlaqdan ibarət olan davranışdır. Hər kəs özünə belə bir sual verir: başqa adamlar yanında özünü necə aparmalı və öz “mən”ini mövcud vəziyyətə necə uyğunlaşdırmalıdır? Əslində bu, çox mürəkkəb sualdır. Hər bir bir davranış estetik baxımdan da qiymətləndirilməlidir.

Yeni iliniz mübarək olsun,əziz insanlar!

Aydın Hüseynov

Əvvəlki yazı

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Növbəti yazı

Prezidentdən bayram paylaşımı - FOTO

XƏBƏR LENTİ

TƏBİB-in yeni icraçı direktoru kimdir?

TƏBİB-in yeni icraçı direktoru kimdir?

Aprel 14, 2026
O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

Aprel 14, 2026
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Aprel 14, 2026
Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Aprel 14, 2026
Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Aprel 14, 2026
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Aprel 14, 2026
Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Bu şəhərlərdə pensiyalar ödənildi

Aprel 14, 2026
DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

Aprel 14, 2026
Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Aprel 14, 2026
Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Aprel 14, 2026
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Aprel 14, 2026
Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Füzulidə ANAMA əməkdaşı həlak oldu

Aprel 14, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, sel gələcək - Xəbərdarlıq

Aprel 14, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Yağış yağacaq, duman olacaq - Sabahın havası

Aprel 14, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxslər işdən çıxarıldı

Aprel 14, 2026
Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Aprel 14, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Xırdalanda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Aprel 14, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Aprelin 14-ü son gündür

Aprel 14, 2026
Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Aprel 14, 2026
Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Aprel 14, 2026
Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Aprel 14, 2026
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

Aprel 13, 2026
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Aprel 13, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Aprel 13, 2026
Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Aprel 13, 2026
At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

Aprel 13, 2026
İki uşaq bağçasına müdir təyin olundu - FOTO

İki uşaq bağçasına müdir təyin olundu - FOTO

Aprel 13, 2026
Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Aprel 13, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.