Bu gün Cəlilabad rayonu üzrə ümumtəhsil müəssisələrində çalışan və bu il sertifikatlaşdırmada iştirak edəcək bir qrup müəllimlə görüş keçirilib.
Mecra.az xəbər verir ki, görüş zamanı sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, həmçinin təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyəti vurğulanaraq, iştirakçılara əvvəlki illərdə keçirilmiş sertifilatlaşdırmanın rayon üzrə statistik nəticələri barədə məlumat verilib.
Bundan əlavə sertifikatlaşdırma prosesinin mərhələləri, imtahan formatı, qiymətləndirmə meyarları və sertifisayının nəticələri barədə geniş izahat verilib.
Görüşün sonunda sertifikatlaşdırma prosesi barədə müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Cəlilabad rayon Təhsil şöbəsindən bildirilib ki, bu il Cəlilabad rayonu üzrə sertifikatlaşdırma prosesində 395 nəfər müəllimin iştirakı gözlənilir.
Müəllimlərimizə sertifikatlaşdırma prosesində uğurlar arzu edirik!




































