Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Agentliyin 1995-ci il təvəllüdlü əməkdaşı Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayıb.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.





























