Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
Mecra.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Qeyd edilib ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.





























