Çərşənbə axşamı, Aprel 14, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır...

26 Fevral, 26 / 10:28
A A
Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır...

Ona “gənc şair” demək istəmirəm. Həm yaşına görə (40 yaşı astanasındadır), həm də şeirlərinin artıq  gənclik sınağından keçdiyinə görə. Vasif Əlihüseyn fikrimcə, şairliyin yetkinlik dövrünə qədəm basıb. O, şeirin poetik cazibəsində özünü rahat hiss edir, nə yazdığının və həm də necə yazdığının fərqindədir.  Məsələ ondadır ki, Vasifin hər hansı şeirini oxuyanda narahatlıq hissi keçirmirsən,  çünki şeirə məxsus ab-hava səni özünə çəkir. Olsun ki, bəzi şeirlərində ifadə olunan fikirlərlə və bədii ifa baxımından nəzərə çarpan ara-sıra qüsurlarla.

Vasif Əlihüseynin şeirləri onun  yaşadığı hisslərin, keçdiyi həyat yolunun bəlirtiləridir desək, doğru olar. Şair özünü, öz duyğularını ifadə edir, – fikri nə qədər doğru olsa da, bu özünüifadədə bizim də həmrəy olduğumuz məqamlar olur.

Vasifin “Azmış kimi” şeirlər kitabında Ana itkisiylə bağlı neçə-neçə şeirlə qarşılaşdıq. Doğrudan da, bu həm bir insanın ana itkisidir, həm də anasızlığı yaşayan çoxlarının. Ana itkisiylə bağlı şeirlərdə oğul həsrətini necə ifadə etmək olar?

Sən də belə getdin, ana,

Sakitcə, fağır-fağır.

Göylərin üzündən yağı,

Mənim gözümdən yaş yağır.

 

İndi susmaq budu mənə,

İndi ayrılıq budu.

Sənin yoxluğun mənə

İtkilərin böyüyüdü.

 

Çox yatdın, deyəsən, burda,

Gələn var e evimizə.

Nə var bu qaranlıq yerdə?!

Dur, çıx gedək evimizə.

Bu hissi, bu ana həsrətini təkcə Vasif Əlihüseyn çəkməyib, elə şeirimizdə də və təkcə şeirimizdə deyil, ana itkisinə məruz qalan çoxumuzda yaşayırıq. Böyük şairimiz Məmməd Arazın bu misrasını xatırlayaq: “Ana itirmişəm ana yaşında”. Vasif Əlihüseynin analı şeirlərində Ana obrazı mərkəzi xəttdir. Yənitəəssürat budur ki, ana itkisi heç də ana yoxluğu demək deyil. Əgər bu itki oğul ürəyində, hissində, duyğusunda yaşayırsa, demək, ölümdən yox, əbədilikdən söz açıla bilər. Çünki ana evin hər küncündə, övladlarının sevgisində, onu tanıyanların xatirələrində yaşayır və yaşayacaq. Baxın:

Anamın bişirdiyi yemək kimidi yaşamaq indi.

…anamdan sonra

heç kimin gedişinə ağlaya bilməyəcəm, onsuz da

bütün qadınların çıxıb getməyi imiş

anamın getməyi…

…yadımdadıanam öləndə

ən çox o təndirin başında ağlamışdım…

anamdan sonra heç bir qadın

o təndirə çörək yapmadı…

Deyək ki, son illərdə Ana haqqında bu qədər yaşantılı, ürəyə yol tapan şeirlər yazılmayıb.

Ancaq onu da qeyd edək ki, Vasif Əlihüseyn xatirə (uşaqlıq, gəncliklə bağlı) motivlərinə daha çox müraciət edəndə uğur qazanır.

Vasifin  kitabına ön söz yazan şair – “Ulduz”un baş redaktoru Qulu Ağsəs yaxşıca qeyd edir ki, ana itkisi təkcə ana itkisi deyil, digər mövzularda da öz bədii həllini tapır.

Müharibə şeirlərində güllə əsgərə dəyir,

Amma ana şəhid olur,

Sevgidən yazanda atılan oğlandı,

ancaq üzünü iztirabdan həlak edən anadı,

ataya həsr etdiyi nəzmdə də anadan söhbət gedir – duaları  düşməni cavab atəşilə susduran anadan!

Əlbəttə, Vasif Əlihüseynin şeirlərini təkcə bir mövzu ilə məhdudlaşdırmaq olmaz. O, müharibədə həlak olan atalardan, şəhidlərdən, yaralı əsgərlərdən, kəsilmiş ayaqlardan və sevgidən (uğursuz sevgidən) yazanda da içindəki o ağrı hissini bizimlə bölüşə bilir.

Vasif İkinci Qarabağ müharibəsinin şairidir və bir çox yaşıdları kimi müharibənin doğurduğu itkilərdən söz açır. Həm də bu şeirlərdə ritorikaya, pafosa yol vermir, daha çox metaforalara üz tutur. “Atamın ayaqları” şeirinə üz tutaq.

Evimizin üstündən uçan “vertalyot”lar

müharibəni xatırladar

ona görə, əllərini

ağızlarına vura-vura qışqırar kənd uşaqları.

 

əmim incik düşdüyü adamlarla,

“protez” əli ilə görüşər.

 

Barmağını

müharibədə itirmiş atalardan

yarımçıq saymağı öyrənər uşaqları.

 

Atamın “protez” ayağı

ən sevimli oyuncağım olub

nə olduğunu bilməyənə qədər.

 

O vaxtdan anamın səsi qalıb qulağımda:

– Ay oğul, atanın ayaqlarını gətir, işə getsin!

Vasif “Çimnaz xala”, “Yaralı əsgərin ilk addımları”, “Şəhid Tural”, “Şəhid Həsən”, “Xocalı faciəsinin qurbanlarına” şeirlərində də eyni bədii priyomla hərəkət edir, yəni sadə poetik təhkiyə yolunu seçir, amma şeirin vacib bədii təsvir üsulları ilə şeirə naxış vurur. “Qızım Şuşa” şeiri belə başlayır ki,  “şəhid kapitan Elçinin yeni doğulan qızına Şuşa adı verilib”:

Mən Şuşanı çox sevirdim, qızım,

Şuşaya gedib çıxa bilmədim…

yolda şəhid oldum,

amma ölmədim…

Məndən sonra adını

Şuşa qoydular, qızım,

mən sənə gələ bilmədim…

Şuşanın qəhrəmanı olmağı düşünürdüm,

amma atası oldum,

uzanıb torpağında

yatası oldum, qızım,

Şuşa qızım,

yanaqların Cıdır düzüdü,

bulaqları gözündü,

küləyi nəfəsindi…

Vasif Əlihüseynin poetik leksikonunda üçüncü itkinin mahiyyəti sevgi ilə bağlıdır – bu sevgi  ailə həyatındakı ayrılıqla müvazidir. Qadın evi tərk edib (səbəbləri açıqlanmır), dünya, mühit, hər şey onu sevən insan üçün xaosa – zindana, hətta mənasız həyat tərzinə çevrilib. Bu tipli, bu mövzulu şeirlər bizim poeziyada həddindən artıq çox yazılıb. Hamısı ayrılıq adlı bir müstəvidə birləşir. Amma Vasif Əlihüseyndə bir fərdin –lirik “mən”in yaşadığı hisslərin ifadəsi kimi mənalanır.

Təbii ki, bu ayrılıq “Qurtuluş bayramı”  kimi “qeyd olunsa da”, əslində, belə deyil. Çünki bu ayrılığın kökündə sevgi dayanıb, əsl sevgidə anlaşılmazlığa və nəticədə şairlərimizin “dar ağacı” kimi mənalandırdığı ayrılığa da asanca yol var. Əsl sevgi (lap əsl olmasın)  unudulmur.  Vasif Əlihüseynin  poetik lüğətində də “Unutmaq” sözü tez-tez təkrar olunur. Baxın: bu ayrılıq sevən insanın ümidsizliyinə yox, ümidinə, nikbinliyə aparır.

O qədər darıxmışam ki,

sevdiyi qıza qovuşmaq üçün

təqvim qaralayan əsgər kimiyəm

 

heç nə bilmirəm,

bir dəfə gələsən,

özü də bir dəfə.

və görəm ki, gəlmisən,

hiss edəm ki, qazanım qaynayacaq

evim təmiz olacaq,

daha deyinməyəcəm

boğazı qartmaq bağlamış

köynəklərimi yumaqdan

 

Hiss edəm ki, yaşayacam,

ömrüm uzun olacaq….

Və bir də:

Sevgiyə tamarzı ürəklərimiz

Əlini açıb dua etdi Allaha

sevmək üçün

Ümumiyyətlə, Vasif Əlihüseynin  sevgi şeirlərində o ali hissin ucalığı, müqəddəsliyi də təbliğ olunursa, ayrılığa sədd çəkməli fikri özünü doğruldur.

Bu yazıda Vasif Əlihüseynin  bir şair kimi poetik istedadı ilə rastlaşdıq. Onun şeir texnikasına yaxşı bələd olduğu məlum oldu. O, müasir şeir mədəniyyətinə yiyələnə bilib. Təkcə itkilərdən yazmır, həm də ömür-gün,  Allaha inam, həyatın reallıqları haqda da düşüncələrini ifadə edə bilir.

Amma bəzi iradları da bildirək.

1.Vasif Əlihüseyni bədbin  şair adlandırmaq olmaz. Amma itkilər məyyusluq da doğurur. İstər-istəməz onun bəzi şeirlərində bu məyusluq bədbinliyə də,  üzücü hissə qapılmağa da yol açır.

2.Vasif Əlihüseynin   bir şeiri var – “Qadınsız kişilər”. Fikrimizcə, bu mövzuda 3-4 şeir kifayət idi. Qalan bu mövzulu şeirlərdə umu-küsü həddini aşmasın gərək.

3. Sevgi şeirlərində daha çox “qadınsız kişi”nin evinin içi görsənir. Pəncərəni açsın, çölə, işıqlığa boylansın.

4.Bəs bu günün həqiqətləri? Yaşadığımız bu dünya, mühitimiz necə? Bunları görmək  gərək?!  “Qadınsız kişilərdən” 100 şeir yazmaq olar, amma atanın protez ayaqlarından, şəhid Turaldan şeir yazmaq daha önəmli!

Vasif Əlihüseynin 40 yaşına 1 il qalır. Ona indidən yaradıcılıq  axtarışları ilə yoluna davam etməyi arzulayıram!

“Adalet.az”

Əvvəlki yazı

"Qardaşım qucağında körpəsi ilə şəhid oldu" - 11 doğmasını itirən Xocalı sakini

Növbəti yazı

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

XƏBƏR LENTİ

TƏBİB-in yeni icraçı direktoru kimdir?

TƏBİB-in yeni icraçı direktoru kimdir?

Aprel 14, 2026
O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

Aprel 14, 2026
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Aprel 14, 2026
Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Aprel 14, 2026
Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Aprel 14, 2026
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Aprel 14, 2026
Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Bu şəhərlərdə pensiyalar ödənildi

Aprel 14, 2026
DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

Aprel 14, 2026
Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Aprel 14, 2026
Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Aprel 14, 2026
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Aprel 14, 2026
Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Füzulidə ANAMA əməkdaşı həlak oldu

Aprel 14, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, sel gələcək - Xəbərdarlıq

Aprel 14, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Yağış yağacaq, duman olacaq - Sabahın havası

Aprel 14, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxslər işdən çıxarıldı

Aprel 14, 2026
Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Aprel 14, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Xırdalanda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Aprel 14, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Aprelin 14-ü son gündür

Aprel 14, 2026
Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Aprel 14, 2026
Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Aprel 14, 2026
Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Aprel 14, 2026
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

Aprel 13, 2026
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Aprel 13, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Aprel 13, 2026
Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Aprel 13, 2026
At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

Aprel 13, 2026
İki uşaq bağçasına müdir təyin olundu - FOTO

İki uşaq bağçasına müdir təyin olundu - FOTO

Aprel 13, 2026
Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Aprel 13, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.