Çərşənbə axşamı, Aprel 14, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Köşə

Telejurnalistikamızın zirvələrindən biri... - Mübariz Əsgərov - 64

19 Yanvar, 26 / 15:19
A A
Telejurnalistikamızın zirvələrindən biri... - Mübariz Əsgərov - 64

Ola bilsin ki, onu ölkədə az adam tanıyır, amma ərsəyə gətirdiyi verilişlər özündən çox məşhurdur. O, Azərbaycan telejurnalistikasında öz yolu, öz zirvəsi olan jurnalistlərdəndir. Zirvəyə yüksəlmək isə hər adama nəsib olmur. Yüz il bundan sonra da, ekranlara onun verilişləri gələndə xüsusi maraqla izlənəcək.

Bəli, bu gün sizə Azərbaycan telejurnalistikasının zirvələrindən biri- Mübariz Əsgərov haqqında söhbət açmaq istəyirəm. Axı, yanvarın 20-də onun 64 yaşı tamam olur…

Deyir ki:- “Bəli, 20 yanvar tarixi mənim ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə də öncədən təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam. Yaxşı yadımdadır, axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd etmişəm. 1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırırdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. 20-si səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi. Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi. Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirirdik, etirazımızı bildirirdik. Məhz bu mitinq və nümayişlər ictimai rəyə xeyli təsir etdi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı…”.

Haqqında danışdığım Mübariz Ağalı oğlu Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olub. Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziyasında işə başlayıb və altı il burada böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışıb.

Həmin illərdə “Və…”, “Qulp” proqramlarının müəllifi və aparıcısı olub. 1998-ci ildən “ANS” müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində işləyib. “ANS” televiziya kanalında yayımlanan “Qulp”, “Mübarizə” proqramlarının müəllifi və aparıcısı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən “Qulp studio” MMC-nin təsisçisi və direktoru, “Rezonans” proqramının müəllifi olub. 2021-ci ildə Prezidentinin verdiyi sərəncama əsasən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Hazırda bu vəzifəsində çalışır. 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Bir mətbuat konfransının tarixi”, “Şuşanın dağları qara dumanlı”, “Xocalı dərsi”, “Ölüm hökmü – ömürlük cəza”, “Kəlbəcərin son günü”, “Xocalı nişanəsi”, “44 gün, 44 an”, “Şuşa”, “Qara tale – ağ ölüm” adlı sənədli filmlərin müəllifidir…“Moskva Dövlət Universitetində təhsil alalanda universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim.

Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burada toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?- deyə soruşdum. Bir tələbə, axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar etdim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir. Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma, bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi…”- söyləyir….Baməzə adamdır, yumor hissi çox yüksəkdir. Anadangəlmə liderliyi var. Fərasətli və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır və insanların diqqətini özünə cəlb etməyi bacarır. Yorulmağın nə olduğunu bilmir, istədiyi nəticəni əldə edənədək işləməyə davam edir. Zərif təbiətli olsa da, lakin çox dözümlüdür. Hər hadisədən asanlıqla sarsılmır…

Deyir ki:- “Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Həmin illərdə mən “Qulp” proqramının müəllifi və aparıcısı idim. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Mən üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu problemin həll olunmasına çalışacağımı söylədim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfdə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim…”…Fikirlərində çox sabitdir, verdiyi qərarlardan geri çəkilməyi xoşlamır. Reaksiyalarından, niyyət və məqsədlərini təxmin etmək mümkün deyil. O, bütün ağıllı adamlar kimi həyatı bir oyun qəbul edir. Elə buna görə də risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Onun dünyaya öz baxışı var- qadağaların və qaydaların nə üçün olduğunu yaxşı anlayır və yalnız ali qaydalarla yaşayır…“Mən bir vətəndaş kimi problemləri şişirtməyin əleyhinəyəm- sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır. “Oyuncaq “adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istiyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən? Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür. Onlara bu sifarişi verənlər daha çox günahkardır, yoxsa onlar özləri? Cavab aydındır; Bizim hamımızın Azərbaycan adlı bir dövləti var.

Harada və hansı şəraitdə olmağına baxmıyaraq hamı onu qorumalıdır ki, sonda bu torpağa qarışmağa haqqı olsun.”- söyləyir….Şanslı insandır. Son dərəcə cəsarətlidir. Onunla dostluq etsəniz heç vaxt darıxmayacaqsınız və həmişə üzünüzdə təbəssüm olacaq. Əgər xətrinizə dəysə, könlünüzü almağa qüvvəsi çatacaq. Bu, onun ürəyinin təmizliyindən irəli gəlir. Qürurlu və məğrurdur. Güclü emosional temperamenti var. Gözəl sürprizlərlə münasibətlərindəki həyəcanı artırır və ətrafını həyəcanlandırmaq üçün çılğın planlar qura bilir. İctimai həyatlarında dürüstlüyə böyük əhəmiyyət verir. Kiminsə yalan danışmasına dözə bilmir…

Onun haqqında çoxdan danışmaq istəyirdim. Amma uyğun zaman, münbit səbəb axtarırdım. Budur, həm zaman və həm də səbəb var, ad günüdür. Təbrik edirəm! Allah ondan heç nəyi əsirgəməyib, tərbiyyəli, savadlı övladları, xoş güzəranı var. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Bəli, “Mübariz Əsgərov Zirvəsi” telejurnalistikamızın möhtəşəm zirvələrindən biridir…Hörmətlə,

Elman Eldaroğlu

Əvvəlki yazı

Prezidentlə xanımı İsveçrədədir - FOTOLAR

Növbəti yazı

"20 Yanvar Azərbaycan xalqının həyatında dönüş mərhələsi olub" - Millət vəkili

XƏBƏR LENTİ

TƏBİB-in yeni icraçı direktoru kimdir?

TƏBİB-in yeni icraçı direktoru kimdir?

Aprel 14, 2026
O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

Aprel 14, 2026
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Aprel 14, 2026
Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Aprel 14, 2026
Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Aprel 14, 2026
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Aprel 14, 2026
Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Bu şəhərlərdə pensiyalar ödənildi

Aprel 14, 2026
DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

Aprel 14, 2026
Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Aprel 14, 2026
Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Aprel 14, 2026
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Aprel 14, 2026
Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Füzulidə ANAMA əməkdaşı həlak oldu

Aprel 14, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, sel gələcək - Xəbərdarlıq

Aprel 14, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Yağış yağacaq, duman olacaq - Sabahın havası

Aprel 14, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxslər işdən çıxarıldı

Aprel 14, 2026
Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Aprel 14, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Xırdalanda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Aprel 14, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Aprelin 14-ü son gündür

Aprel 14, 2026
Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Aprel 14, 2026
Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Aprel 14, 2026
Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Aprel 14, 2026
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

Aprel 13, 2026
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Aprel 13, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Aprel 13, 2026
Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Aprel 13, 2026
At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

Aprel 13, 2026
İki uşaq bağçasına müdir təyin olundu - FOTO

İki uşaq bağçasına müdir təyin olundu - FOTO

Aprel 13, 2026
Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Aprel 13, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.