Cəlilabad rayonu ərazisində orta əsrlərə məxsus (ehtimalla XII- XVəsr) dağıdılmış qəbristanlıq aşkar edilib.
Mecra.az xəbər verir ki, bu haqda ADPU CF-nın müəllimi və tarixçi- tədqiqatçı Ələsgər Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, orta əsr qəbir abidələri yaxınlıqda yerləşən kənd icma üzvləri tərəfindən zəbt edilərək mənimsənilmişdir:
“Qəbirüstü işarəli daşlar öz yerləşdiyi ərazidən çıxardılaraq kənarlaşdırılmış, sındırılmış, bir çoxu yoxa çıxmışdır. Çox güman ki, heyvanlara ot əldə etmək məqsədilə böyük bir qəbristanlıq dağılmışdır. Ərazidə qalan baş daşlarının üzərində insanın iki qıçını göstərən fiqur, aftafa (çox güman ki, mərhum sənətkar imiş), Günəşi, dünya çarxının fırlanmasını əks etdirən svastika və s. əks olunmuşdur. Bu haqda araşdırılma başa çatdıqdan sonra doğru-düzgün məlumat verəcəyik. Bizi bu tarixi əraziyə istiqamətləndirdiyi üçün şair İman Abdullaya təşəkkür edirik”.
Vasif ƏLİHÜSEYN





































