Çərşənbə axşamı, Aprel 14, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

Aqil boyda ürəyi olan insan tapmaq çox çətindir - Şərif Ağayar yazır...

01 Aprel, 26 / 17:12
A A
Aqil boyda ürəyi olan insan tapmaq çox çətindir - Şərif Ağayar yazır...

Bu gün Aqil Abbasın doğum günüdür. Onu 70 yaşında yazdığım statusla təkrar təbrik edirəm.

***

Aqil Abbas yaxşı adamdır. Bir dəfə hardasa onu üzgün gördüm, çox pis oldum. Çünki mən tanıdığım Aqil heç vaxt üzgün olmamalı, əksinə üzgün olanlara kömək durmalı idi. Söhbət təkcə birinin problemini yoluna qoymaqdan, birinə dəstək verməkdən getmir, eləcə uzaqdan-uzağa da olsa şux görünməkdən, işıq saçmaqdan, ümid verməkdən gedir. Onun şəxsində yaxşılığın yorulmasından, usanmasından, cana doymasından qorxdum.

Hətta bunu özümə bir müddət dərd də elədim.

Sonra gördüm yox, Aqil elə həmənki Aqildir.

Vəziyyət adamı incidə, sıxa, stressə sala bilər, dəyişə bilməz. Heç kim dəyişmir. Sadəcə uyğun vəziyyətdə əsl siması üzə çıxır.

Aqil Abbas sosial şəbəkələrdə bəzən sərt tənqid olunanda təəssüflənirəm: ilahi, necə tanımırlar onu? Demirəm, tənqid etməsinər, əlbəttə, etsinlər, amma bu şəkildə yox. Axı Aqil buna layiq deyil. Nə qədər səhv danışsa belə, səhv addım atsa belə… Axı bilməlidir adamlar. Tanımalıdır. Axı tanımaq tanrıdandır.

Kitablarımın birində onu “millətin vəkili” kimi xarakterizə etmişdim. Yenə o fikirdəyəm. 90-larda – hələ millət vəkili olmayan vaxtlarda qapısından qələbəlik əskik olmazdı. Hamıya çatırdı Aqil, hamının işinə yarayırdı.

O, ictimai məsuliyyətini yerinə yetirə bilməyən, buna imkanı olmayan Aqil Abbasın da yükünü özü çəkir, bu ziddiyyəti başa düşür, anlayır, necəsə, nə cürsə kompensasiya etməyə çalışır.

Bəlkə, bu səbəbdən şəxsən tanıdığım 25 ildə onu bir dəfə də xoşbəxt görmədim. Halbuki bunun üçün şəxsi səbəbləri yetərincədir…

Aqil boyda ürəyi olan insan tapmaq çox çətindir. Onu həmişə şux, kefi kök, imkanı geniş görmək istəyirəm. Çünki bu, insanlığa və yaxşılığa ümidimi artırır.

Üzündəki işıq yazılarına da düşür. Həm məqalələrinə, həm hekayələrinə, həm romanlarına. Hər dəfə tənqid gözüm onu vətənə, xalqa tərəf meyllənən yerdə yaxalayır. O belə məqamlarda sənəti qızırqalanmadan qurban verir. Məncə, bu da döyüşməyin, şəhid olmağın bir növüdür. Şəxsən mən eləmirəm. Bu vətən mənə necə analıq etdi ki, mən sənəti də onun ayağına verim? – deyə düşünürəm.

Həm də sənət vətəni qısqanır. Görməyə gözü yoxdur. Bir kişinin iki gözəl və ütük arvadı kimidirlər. Heç birini Molla Nəsrəddinin göy muncuğu ilə aldatmaq olmur.

Aqil Abbas öz sevgi muncuğunu açıq-aydın vətənin qoluna bağlayır. Pafos deyil ondakı. Şəxsi söhbətlərimizdə də içində məcnunvari bir sevda görmüşəm. Yanılmıram. Aqil Abbasın vətənə münasibəti onun insanına sevgisindən bəllidir.

Bircə fakt deyəcəm, Aqili tanımaq üçün yaxşı arayış olacaq. Qarlı bir qış günü nəşriyyatın altıncı mərtəbəsində – pəncərə qarşısında siqaret çəkirmiş, görür əyni yalın, arıq bir gənc qapısını açıq qoyduğu “Jiquli”dən bahalı dublyonkasını götürüb qaçdı. Yuxarıdan səslənir. Xeyri olmur. Gənc qənimət qoltuğunda özünü binaların arasına verib yox olur. Bir azdan polis gəlir. Aqilə deyirlər, ərizə yaz, adamı tapaq. Aqil yazmır. Səbəbini isə belə izah edir:

– Kasıb bir cavandı, tutduracam, atası gəlib ağlayacaq üstümə, deyəcək, çırağımı söndürmə, mən də məcbur qalıb bir dostuma zəng vuracam, buraxdıracam, ondansa elə o dostuma zəng eləyərəm, mənə təzə dublyonka göndərər…

Belə.

Bu gün Bakıya, hətta Azərbaycana sığmayan, amma dağılmış Ağdamın balaca, uçuq komasında özünə asanlıqla yer tapan bu nur üzlü kişinin 70 yaşı tamam olur. Onu qucaqlayıb öpmək istəyirəm. Hətta bir az da kövrəlirəm bu sətirləri yaza-yaza.

Qocalma, Aqil Abbas!

Əvvəlki yazı

İlham Əliyev Sərəncam İMZALADI

Növbəti yazı

İcra başçısı Pərdi kəndində vətəndaşlarla görüşdü - FOTOLAR

XƏBƏR LENTİ

TƏBİB-in yeni icraçı direktoru kimdir?

TƏBİB-in yeni icraçı direktoru kimdir?

Aprel 14, 2026
O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

Aprel 14, 2026
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Aprel 14, 2026
Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Aprel 14, 2026
Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Aprel 14, 2026
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Aprel 14, 2026
Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Bu şəhərlərdə pensiyalar ödənildi

Aprel 14, 2026
DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

Aprel 14, 2026
Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Aprel 14, 2026
Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Aprel 14, 2026
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Aprel 14, 2026
Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Füzulidə ANAMA əməkdaşı həlak oldu

Aprel 14, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, sel gələcək - Xəbərdarlıq

Aprel 14, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Yağış yağacaq, duman olacaq - Sabahın havası

Aprel 14, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxslər işdən çıxarıldı

Aprel 14, 2026
Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Aprel 14, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Xırdalanda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Aprel 14, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Aprelin 14-ü son gündür

Aprel 14, 2026
Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Aprel 14, 2026
Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Aprel 14, 2026
Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Aprel 14, 2026
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

Aprel 13, 2026
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Aprel 13, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Aprel 13, 2026
Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Aprel 13, 2026
At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

Aprel 13, 2026
İki uşaq bağçasına müdir təyin olundu - FOTO

İki uşaq bağçasına müdir təyin olundu - FOTO

Aprel 13, 2026
Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Aprel 13, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.