Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu

XƏBƏR XƏTTİ
Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: “O pulları öz zəhmətimlə yığmışam”•Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu•Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi•28 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda fabrik direktoru vəfat etdi•Test ləğv oluna, yeni modelə keçilə bilər•Lənkəranda 10 yaşlı oğlanı maşın vurub öldürdü•Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq – FOTOLAR•Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: “O pulları öz zəhmətimlə yığmışam”•Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu•Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi•28 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda fabrik direktoru vəfat etdi•Test ləğv oluna, yeni modelə keçilə bilər•Lənkəranda 10 yaşlı oğlanı maşın vurub öldürdü•Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq – FOTOLAR•

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən “Yefremov sintetik kauçuk zavodu”na zərbə endirib.

Mecra.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, hücum Rusiyada fəaliyyət göstərən “Çornaya İskra” müqavimət hərəkatı ilə birgə həyata keçirilib. Sözügedən müəssisə, o cümlədən “İsgəndər” ballistik raketləri üçün bərk yanacaq istehsalında iştirak edir. Zavoda dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Baş Qərargah noyabrın 23-də Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna endirilən zərbənin nəticələrini də açıqlayıb. Məlumata görə, hücum nəticəsində 20 yanacaq rezervuarı məhv edilib, daha 32 rezervuar və boru kəmərinin bir hissəsi zədələnib.

Qeyd edək ki, sözügedən zavod ildə 7,5 milyon tonadək neft emal etmək gücünə malikdir. (Qafqazinfo)

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt