Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 27 noyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirildi.
Mecra.az xəbər verir ki, qəbulda Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev, aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək müraciətlərini səsləndiriblər.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin həlli istiqamətində konkret göstərişlər verilmişdir.
Digər müraciətlərlə bağlı isə vətəndaşlara ətraflı izah verilib və müvafiq dövlət qurumlarına müraciət etmələri tövsiyə olunub.
