Zelenski generalı vəzifəsindən azad etdi

XƏBƏR XƏTTİ
Azərbaycanda bu keçmiş təhsil ocağı SÖKÜLƏCƏK – VİDEO•Axtarışda olan şəxs Firanın evində gizlənibmiş… – FOTO•Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi – FOTO•Fira Cəlilovanın evindəki hadisə ilə bağlı – DİN-dən açıqlama – VİDEO•Zelenski generalı vəzifəsindən azad etdi•10 dollarlıq biletlə 1 milyon qazandı – 6 gün sonra həbs edildi•Kənd yumurtası 50 qəpiyə kimi qalxdı – VİDEO•“TEMU” Azərbaycanda bağlanacaq?•Azərbaycanda bu keçmiş təhsil ocağı SÖKÜLƏCƏK – VİDEO•Axtarışda olan şəxs Firanın evində gizlənibmiş… – FOTO•Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi – FOTO•Fira Cəlilovanın evindəki hadisə ilə bağlı – DİN-dən açıqlama – VİDEO•Zelenski generalı vəzifəsindən azad etdi•10 dollarlıq biletlə 1 milyon qazandı – 6 gün sonra həbs edildi•Kənd yumurtası 50 qəpiyə kimi qalxdı – VİDEO•“TEMU” Azərbaycanda bağlanacaq?•

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı Dmitri Gereqanı vəzifəsindən azad edib.

Mecra.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidentinin rəsmi saytında müvafiq fərman dərc olunub.

Digər fərmanla briqada generalı Dmitri Tkaçenko sözügedən vəzifəyə təyin edilib. Kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Dmitri Gereqa 2021-ci ilin avqustundan Dəstək Qüvvələrinə rəhbərlik edib. O, 2024-cü ilin martında da vəzifəsindən azad edilmiş, lakin üç ay sonra yenidən həmin posta qaytarılmışdı.

2020-ci ildə yaradılan Dəstək Qüvvələrinin tərkibinə mühəndis qoşunları, radioelektron mübarizə, radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri, eləcə də bir sıra digər hərbi xidmətlər daxildir.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt