Vilyam Hacıyev azadlığa buraxıldı

XƏBƏR XƏTTİ
Onuncu icra başçısı hakim qarşısına çıxır – Yenilənir•42 yaşlı rəis qəfil vəfat etdi – FOTO•Hava ilə bağlı xəbərdarlıq•Vilyam Hacıyev azadlığa buraxıldı•Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı•Sabah hava necə keçəcək?•“Peşəkar təhlil gözləyirəm…”•Azərbaycanda bu keçmiş təhsil ocağı SÖKÜLƏCƏK – VİDEO•Onuncu icra başçısı hakim qarşısına çıxır – Yenilənir•42 yaşlı rəis qəfil vəfat etdi – FOTO•Hava ilə bağlı xəbərdarlıq•Vilyam Hacıyev azadlığa buraxıldı•Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı•Sabah hava necə keçəcək?•“Peşəkar təhlil gözləyirəm…”•Azərbaycanda bu keçmiş təhsil ocağı SÖKÜLƏCƏK – VİDEO•

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, yerli məhkəmə belə qərar çıxarıb.

O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.

Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb.

Xatırladaq ki, Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.

5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra onun cəzası 12 ildən 8 il 6 aya endirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt