Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş

XƏBƏR XƏTTİ
Biləsuvarda fabrik direktoru vəfat etdi•Test ləğv oluna, yeni modelə keçilə bilər•Lənkəranda 10 yaşlı oğlanı maşın vurub öldürdü•Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq – FOTOLAR•Prezident bu qanunu təsdiqlədi•Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş•Cəlilabad İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi – FOTOLAR•Onuncu icra başçısı hakim qarşısına çıxır – Yenilənir•Biləsuvarda fabrik direktoru vəfat etdi•Test ləğv oluna, yeni modelə keçilə bilər•Lənkəranda 10 yaşlı oğlanı maşın vurub öldürdü•Bu ərazilərdə 15 uşaq bağçası yaradılacaq – FOTOLAR•Prezident bu qanunu təsdiqlədi•Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş•Cəlilabad İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi – FOTOLAR•Onuncu icra başçısı hakim qarşısına çıxır – Yenilənir•

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Xaricdə iş” layihəsi çərçivəsində Almaniyada müxtəlif peşələr üzrə işə qəbul üçün müraciətlərə başlanıb.

Mecra.az xəbər verir ki, vakansiyalar qaynaqçı-çilingər, aşpaz və yük avtomobili sürücüsü peşələrini əhatə edir.

Bu istiqamətlər üzrə ümumilikdə 260 nəfərin işə qəbulu nəzərdə tutulur.

Vakansiyalar üzrə əsas tələblər aşağıdakılardır:

– Qaynaqçı-çilingər: müvafiq sahə üzrə minimum 2 illik peşə təhsili, son 5 il ərzində azı 2 il iş təcrübəsi, müvafiq qaynaq texnologiyaları üzrə bacarıq və sertifikat;

– Aşpaz: bu sahə üzrə minimum 2 illik peşə təhsili, yeməklərin hazırlanması və qida təhlükəsizliyi qaydaları üzrə bilik və bacarıqlar;

– Yük avtomobili sürücüsü: qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi, ağır yük maşını idarə etmək üçün müəyyənləşdirilmiş tibbi tələblərə uyğunluq.

Namizədlərdən hər üç vakansiya üzrə minimum A2 səviyyəsində alman dili biliyi tələb edilir. B1 səviyyəsi arzuolunandır.

Əməkhaqqı vakansiya və iş təcrübəsindən asılı olaraq, maaş 2200-4200 avro (təqribən 4100-7830 AZN – red.) arasında dəyişir.

Almaniyada işləmək, beynəlxalq əmək bazarında təcrübə qazanmaq və peşə bacarıqlarını inkişaf etdirmək istəyən uyğun namizədlər vakansiyalar üzrə müraciətə dəvət olunurlar. Müraciətlər onlayn qaydada qəbul edilir. 

(Oxu.Az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt