Bu gün saat 12 radələrində Lənkəranda 10 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Mecra.az xəbər verir ki, Lənkəran-Lerik yolunun Darquba kəndi ərazisindən keçən hissəsində “VAZ 21011” markalı avtomobil 10 yaşlı Əlövsət Yusubzadəni vurub.
Xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən yayınan sürücü C.Quluzadə polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”