Füzulidə iki maşın toqquşdu – 3 ölü

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

Noyabrın 13-ü saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

Mecra.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib.

Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İdarə sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt