Görəsən, bundan sonra başıbəlalı pensiya əməliyyatları öz həllini tapacaq, yaxud baş həkim Eşqin Əliyevin başı üstündən “qara buludlar” çəkiləcəkmi?
Cenub.az bildirir ki, 2 il öncə xəstəxananın baş həkimi Cəlil Nəzərov vəzifəsindən kənarlaşdırılıb həbs olunandan sonra sanki buranın xeyir-bərəkəti qaçıb.
Bir müddət bu təşkilata poliklinikanın rəhbəri Rasim Əzizov rəhbərlik etdi. Qısa müddətdə necə oyun qurdularsa, Rasim Əzizov vəzifəsi ilə vidalaşdı.
Daha sonra Masallı Mərkəzi Xəstəxanasına əslən lerikli, Bakı şəhərində çalışan Xanbaba Meyxoş oğlu Hüseynov publik hüquqi şəxs –direktor, onun xeyir-duası ilə Eşqin Əliyev baş həkim təyin olundu.
Heç bir il tamam olmamış, hörmətli Xanbaba müəllim də, necə deyərlər, “dözəmməyib zindana” bu günlərdə vəzifəsi ilə vidalaşıb.
Bəs Xanbaba müəllimi kim əvəzləyəcək?
Cenub.az saytına bir neçə mötəbər mənbədən olan daxil olan məlumata görə, Xanbaba Hüseynovu həmin xəstəxanada çalışan həkim İlqar Ramiz oğlu əvəzləyəcək.
Bəs İlqar Ramizoğlu kimdir?
İlqar Ramizoğlu 03.06.1978-ci ildə Masallı rayonunun Həsənli kəndində anadan olub. 1995- ci ildə Kimya – biologiya təmayüllü Respublika litseyində orta təhsilini başa vurub, daha sonra Azərbaycan Tibb Universitetinin “Müalicə işi ” fakültəsinə bitirmişdir.
2001 – 2002-ci ildə C. Abdullayev adına ET Kardiologiya İnstitutunda internatura kursu keçərək həkim – kardioloq ixtisasını yiyələnmişdir. 2002-2004-cü illərdə Naxçıvan MR – da tibb xidməti baş leytenantı kimi hərbi xidmət keçmiş. 2004-cü ildən Masallı RMX – da həkim- kardioloq kimi fəaliyyət göstərir. Dəfələrlə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda, 2010 -cu ildə isə Türkiyə Respublikasında ixtisasartırma kurslarında təhsil almışdır. Ailəlidir. İki övladı var.
Ötən il qısa müddətdə Masallı Mərkəzi Xəstəxanasına rəhbərliyi əvəz etmişdir.
Məlumat üçün bildirək ki, Masallı Mərkəzi Xəstəxanasının hazırkı baş həkimi Eşqin Əliyev haqqında da qəribə xəbərlər gəlir. Hələ ki, tam dəqiqləşdirilməmiş məlumata görə, 5-10 gün öncə xəstəxanaya bir neçə nəfərdən ibarət qəfil yoxlama gəlmiş və Eşqin Əliyevin fəaliyyəti ilə bağlı ciddi saxtakarlıqlar aşkar etmişdir. Problem yenə də saxta pensiya məsələləri ilə bağlı olmuşdur. Deyilənlərə görə, olay sonda “yüksək cərimələr” müqabilində sülhlə bitmişdir. Bundan əlavə Eşqin Əliyevin şəxsi davranışları ilə bağlı xoş olmayan məlumatların da arası kəsilmir. Onun fəaliyyyəti, yaxud fəaliyyətsizliyi üzündən Masallı xəstəxanasında bərbad vəziyyət yaranıb. Həmçinin bildirilir ki, o, xəstəxanada yer almış bir qruplaşmanın əlində əsir-yesir qalıb. Verilən məlumatların detallarını bir qədər də dəqiqləşdirdikdən sonra, yəqin ki, onunla bağlı daha ətraflı yazı hazırlayacağıq. Onu da xatırladaq ki, Eşqin Əliyevin fəaliyyəti hələ ki paklıq siyasəti yeridən rayonun yeni rəhbərliyi üçün ciddi problem yaradır.
Bütün hallarda Masallı Mərkəzi Xəstəxanasının yeni rəhbəri, publik huquq şəxs – direktoru İlqar Ramizoğlunu yeni vəzifəyə təyinatı ilə bağlı təbrik edir və arzulayırıq ki, İlqar həkim bu vaxta qədər qoruduğu Yaxşı həkim, Yaxşı oğlan adını obyektiv və səmimi əməlləri ilə daha da yüksəldəcəkdir.
İlqar Ramiz oğlunun kollektivə təqdimatı, həftənin 1-ci gününə, oktyabrın 3-nə planlaşdırılıb.
Uğurlar.
Cenub.az. Zahir Əmənov
Xüsusi qeyd. İnanırıq ki, bu dəfə yaydığımız məlumatı paylaşanlar ən azı jurnalist etikasına əməl edib istinad etməyi unutmayacaqlar.