General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışının tarixi noyabrın 12-nə dəyişdirilib.

Mecra.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər:

“Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.

Məlumata görə, polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 12-də 08:00-da keçiriləcək:

“DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində baş tutacaq sıra baxışına və Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək vətəndaş qəbuluna gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt