Cəlilabad Şəhidlər Xiyabanı əsaslı şəkildə təmir edilib-FOTOLAR+VİDEO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Qəhrəmanlar diyarı olan Cəlilabadda rayonun Şəhidlər Xiyabanı əsaslı şəkildə təmir edilib. Məcra tv xəbər verir ki, Prezident İlham Əliyevin şəhid ailələrinə və şəhidlərimizə göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə bu istiqamətdə işlər uğurla davam edir.

 

Elə bununla bağlı olaraq Cəlilabad Şəhidlər Xiyabanının girişində Cənab Prezident İlham Əliyevin şəhidlərimizlə bağlı dediyi bu sözlər yer alıb: “Şəhid olmuş hər bir insan, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq”.

 

Şəhidlər Xiyabanı ötən ilin dekabr ayında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun göstərişi ilə təmirə bağlanıb. Bu il 27 sentyabrda, Vətən müharibəsinin ikinci ildönümündə Şəhidlər Xiyabanının açılışı olub. Şəhidlər Xiyabanında Anım günüylə bağlı böyük tədbir keçirilib.

 

Şəhidlər Xiyabanında Cəlilabad rayonunun Birinci və İkinci Qarabağ savaşında şəhid olan 256 nəfər hərbçisinin fotoları rəngli şəkildə hazırlanaraq ora vurulub. Bununla yanaşı, xiyabanın ərazisi əsaslı şəkildə təmir edilib.

 

 

Biz də öz adımızdan bu işdə əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk. Şəhidlər Xiyabanı bu gün də insanların ziyarət etdiyi məkana çevrilib.

Daha ətraflı Məcra tv-nin təqdim etdiyi süjetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt