“Məktəblərdə “TikTok-un qadağan edilməsi valideyinləri arxayın salmamalıdır. Problemə daha geniş yanaşmalıyıq”.
Mecra.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Məzahir Məmmədli deyib.
“Çünki uşaqların sosial şəbəkələrlə təması yalnız məktəblə məhdudlaşmır. Söhbət onların yaşına və psixoloji inkişafına uyğun olmayan rəqəmsal mühitdən qorunmasından gedir. Məktəblərdə “TikTok”-un qadağan edilməsi müəyyən addımdır. Lakin, sosial şəbəkələrdə qeydiyyat yaş senzisi əsasında tənzimlənməli, yaş məhdudiyyətləri isə kağız üzərində qalmamalıdır. Uşaqların müdafiəsi yalnız məktəbin üzərinə qoyula bilməz. Burada valideyinin, sosial media platformalarının və cəmiyyətin də məsuliyyəti var”, – deyə o, bildirib.
Uğur