Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
“Qalatasaray” Fransada tarix yazdı – 27 ildən sonra ilk•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Biləsuvarda olay: 17 yaşlı qızın meyiti yaşadığı mənzilin həyətində tapıldı•Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•“Qalatasaray” Fransada tarix yazdı – 27 ildən sonra ilk•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Biləsuvarda olay: 17 yaşlı qızın meyiti yaşadığı mənzilin həyətində tapıldı•Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

Mecra.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələri və Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Binəqədidə 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsi, 6-cı mikrorayon ərazisindəki İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi yerlərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt