Dağ vüqarlı yurdumuz Zəngilan

XƏBƏR XƏTTİ
Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 6 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tamamilə erməni işğalından azad olundu.

Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətli bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 6 il əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Kəlbəcərin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər böyükdür. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Bu gün qeyd etmək xoşdur ki, ki, Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.

Zəngilan ölkəmizdə ən qədim insan məskənlərindən biri kimi tanınır. Rayon ərazisində yerləşən Şərifan kəndindəki Qız qalası, Xudafərin körpüsü, Məscidlər və Karvansaralar bu mədəni zənginliyin bariz nümunələridir. Xalqımızın tarix boyu bu ərazilərdə mövcud olması burada milli və dini abidələrin meydana gəlməsinə şərait yaratmışdır. Bu abidələr yalnız dini funksiyalar daşımamış, eyni zamanda, tarixi proseslərin və mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Buna görə də Zəngilan rayonunun turizm potensialı inkişaf etdirilir. 2024-cü il 18 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli açılmışdır. Hotel Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir.

 

Elşad Əmənov,

Təqaüddə olan müəllim, tarixçi-tədqiqatçı

                                                                            

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt