Zəngilanın Zəfər tarixi

XƏBƏR XƏTTİ
Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı ən böyük uğurlardan biri Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamdan irəli gələrək, Azərbaycanda hər il 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir.

Zəngilan azad ediəndən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev bura dəfələrlə səfərlər edib. Səfərlər onu göstərdi ki, Zəngilan rayonuna Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Hazırda dövlətimizin başçısının təşəbbüsü ilə Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

Artıq 6 ildir ki, Vətənimizin bu gözəl guşəsində dinc həyat hökm sürür. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.

Bütün bunlar Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. İnaırıq ki, bütünlükdə Qarabağ və Şərqi Zəngəzur nəinki əvvəlki möhtəşəmliyinə qovuşacaq, hətta müasir dövrümüzün “yaşıl dünya”sına çevriləcəkdir.

  Məmmədzadə Əliyev,

  Cəlilabad RİH-nin əməkdaşı

                                                                    

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt