Sabah hava necə olacaq?

XƏBƏR XƏTTİ
Xalq artisti evə buraxılıb – Vəziyyəti ağırdı•İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO•Prezident və xanımı onlarla görüşdü – FOTOLAR•Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı•Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!•İsrail Prezidenti Azərbaycana gəldi – FOTOLAR•Səmədovun mənimsədiyi pulu oğlu qaytardı – 300 min…•Hakan Fidan Bakıya gəlir•Xalq artisti evə buraxılıb – Vəziyyəti ağırdı•İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO•Prezident və xanımı onlarla görüşdü – FOTOLAR•Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı•Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!•İsrail Prezidenti Azərbaycana gəldi – FOTOLAR•Səmədovun mənimsədiyi pulu oğlu qaytardı – 300 min…•Hakan Fidan Bakıya gəlir•

Oktyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq.  Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt