Məktəbli formasına görə asayişi pozanlar həbs EDİLDİLƏR

XƏBƏR XƏTTİ
Xalq artisti evə buraxılıb – Vəziyyəti ağırdı•İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO•Prezident və xanımı onlarla görüşdü – FOTOLAR•Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı•Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!•İsrail Prezidenti Azərbaycana gəldi – FOTOLAR•Səmədovun mənimsədiyi pulu oğlu qaytardı – 300 min…•Hakan Fidan Bakıya gəlir•Xalq artisti evə buraxılıb – Vəziyyəti ağırdı•İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO•Prezident və xanımı onlarla görüşdü – FOTOLAR•Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı•Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!•İsrail Prezidenti Azərbaycana gəldi – FOTOLAR•Səmədovun mənimsədiyi pulu oğlu qaytardı – 300 min…•Hakan Fidan Bakıya gəlir•

Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.

Mecra.az Lent.az-a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozublar.

Hadisələrin çoxu Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib.

Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.

Məhkəmələrin qərarı ilə həmin şəxslərin bir neçəsi 1 ay, 25 və 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt