Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO

XƏBƏR XƏTTİ
Sürücülərin nəzərinə!•30 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə – Videoçarxlar•Hava pisləşəcək – Leysan, şimşək…•Faktiki hava açıqlandı•Bakının bu ərazisində söküntüyə hazırlıq gedir – Kompensasiyaya dair açıqlama – VİDEO•Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir – VİDEO•Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq – VİDEO•Sürücülərin nəzərinə!•30 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə – Videoçarxlar•Hava pisləşəcək – Leysan, şimşək…•Faktiki hava açıqlandı•Bakının bu ərazisində söküntüyə hazırlıq gedir – Kompensasiyaya dair açıqlama – VİDEO•Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir – VİDEO•Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq – VİDEO•

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.

Mecra.az xəbər verir ki, bu haqda agentlik məlumat yayıb.

Bildirilib ki, Şaban Cəərçiyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetində “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması”, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavriat təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsinin koordinatoru kimi başlayan Şaban Cəərçiyev 2021-ci ildə Bakı Kompüter Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib, 2023-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə keçirilib.

2024-cü ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.12 oktyabr 2026-cı il tarixindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

Uğur

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt